Bugun.tv xəbər verir ki, Livan-İsrail sərhədində qarşılıqlı hücumlar davam edir. Bu barədə “TRT Haber” məlumat yayıb.İsrail ordusu Livan ərazisindən İsrailə tank əleyhinə raketlə hücumun ardından Livan sərhədindəki ərazilərin hədəf alındığını açıqlayıb.Livan-İsrail sərhədində qarşılıqlı hücumlar davam edir
Ordudan verilən qısa açıqlamada Livan ərazisindən İsrail ordusunun ərəblərin əl-Aramşe kəndi yaxınlığındakı mövqeyinə tank əleyhinə raketin atıldığı bildirilib.
Bəyanatda bildirilib ki, buna cavab olaraq Livan ərazisinə hücum edilib.
Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, Livandan İsrailin şimalındakı qəsəbələrə doğru iki raket atıldıqdan sonra İsrail ordusu Livanın cənubuna doğru artilleriya atəşi açıb.
Xəbərdə iki raketin atılmasından qısa müddət sonra Dahayra ətrafının top atəşi ilə, Yarin qəsəbəsinin ətrafının isə fosfor bombaları ilə hədəfə alındığı qeyd edilib.
Dahayra qəsəbəsində İsrailin hücumu nəticəsində 2 mülki vətəndaşın yaralandığı bildirilib.Livan Hizbullahı da İsrail ordusunun sərhədin cənubundakı Dahayra qəsəbəsi qarşısındakı mövqeyinin raketlərlə hədəf alındığını açıqlayıb.Hizbullahın NNA-da dərc olunan bəyanatında sözügedən hücumun iki gün əvvəl 3 Hizbullah üzvünün öldürüldüyü İsrail hücumuna “sərt cavab” olaraq həyata keçirildiyi bildirilib.
Açıqlamada bugünkü hücum nəticəsində İsrail tərəfində ölən və yaralananların olduğu qeyd edilib.Hizbullah İsrailin Livan və Livan xalqını hədəf alan və insan tələfatına səbəb olan hücumlarına cavabının “kritik” olacağını vurğulayıb.
Sərhəddə gərgin gözləmə davam edirQarşılıqlı raket və artilleriya atəşinin baş verdiyi 120 kilometrlik Livan-İsrail sərhədində hər iki bölgədə gərgin gözləmə davam edir.
AA müxbirinin sərhədin sıfır nöqtəsində apardığı müşahidələrə görə, Birləşmiş Millətlər Təşkilatının Livan Müvəqqəti Sülh Qüvvələri (UNIFIL) və Livan qüvvələri daim sərhəd xəttində patrul edir.
Hücumlardan sonra yazılı açıqlama verən UNIFIL, İsrail-Livan sərhədində “mavi xətt” olaraq bilinən hər iki tərəfi təmkinli davranmağa çağırdığını təkrarladı.
Livan ordusu jurnalistlərdən başqa heç kimin sərhəd bölgəsinə daxil olmasına icazə vermir.
Livanın cənubunda yaşayan mülki vətəndaşların çoxunun İsrailin mümkün hücumuna qarşı paytaxt Beyruta və daha təhlükəsiz bölgələrə köç etdiyi bildirilir.
Livan sərhəddində İsrail yaşayış məntəqələrindən biri olan “Metulla”da heç bir mülki və ya avtomobil fəaliyyəti yoxdur.Hər evin üzərində İsrail bayrağının asıldığı qəsəbə mərkəzi “kabus zonası”nı xatırladır.
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma başlayıb.Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, fələstinli silahlı qruplar Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez Sərhəd Qapısına basqın edərək ələ keçirib.
Daha sonra buradan silahlı qruplar İsrail daxilindəki yaşayış məntəqələrinə daxil olub və İsrail ordusu onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib.Qəzzadan həyata keçirilən hücumlarda 1200 israillinin həyatını itirdiyi bildirilib.
Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində Qəzzada 1055 nəfərin öldüyünü, 5 min 184 nəfərin isə yaralandığını açıqlayıb.İşğal altındakı İordan çayının qərb sahilində İsrail əsgərlərinin hücumları nəticəsində 21 nəfərin həyatını itirdiyi, təxminən 130 nəfərin isə yaralandığı bildirilib.
Müxbir: İntizar Əmirova