25 C
Baku
10 Sentyabr 2025, 22:58
Baş xəbərDünya

Livan-İsrail sərhədində yenidən qarşılıqlı hücumlar başlayıb

Bugun.tv xəbər verir ki, Livanın cənubundan İsrailə doğru raket atıldığı, İsrailin də artilleriya atəşi ilə cavab verdiyi bildirilib.

İsrail ordusundan verilən açıqlamaya görə, Livanın cənubundan İsrailə doğru ən azı 15 raket atılıb. Qeyd olunub ki, raketlərdən 4-ü hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib, 10 raket isə açıq ərazilərə düşüb.

 

TRT Haber-in məlumatına görə, İsrail ordusu raket atəşinə cavab olaraq Livandakı hədəflərin artilleriya atəşi ilə vurulduğunu açıqlayıb. Açıqlamada İsrail ordusunun iki Hizbullah müşahidə nöqtəsini tank atəşi ilə vurduğu, Hizbullahın bir İsrail avtomobilini tank əleyhinə raketlə hədəfə aldığı, daha sonra isə Hizbullahın digər müşahidə qülləsinə helikopterlə hava hücumu təşkil edildiyi bildirilib. Digər tərəfdən Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərdə “İsrailin fosfor raketi ilə hücum təşkil etdiyi” iddia edilib.

Müxbir: İntizar Əmirova

 

Bugün TV

Oxşar xəbərlər

Azərbaycan, Türkiyə və Özbəkistan Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayır

Bugün TV

Tailandda avtobusun ağaca çırpılması nəticəsində 14 nəfər ölüb, 30-dan çox insan yaralandı

İntizar Əmirova

Kosmosdan ilk 5G rabitə seansı Rusiyada baş tutub

Sevinc Sadıqova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu