14 C
Baku
21 Noyabr 2024, 23:38
Baş xəbərDünya

Livana 10 mindən çox hava zərbəsi endirildi

Livanın Ətraf Mühit Nazirliyi sionist işğal rejiminin qondarma ordusunun 2023-cü il oktyabrın 8-dən bu yana ölkəyə 10 mindən çox hava hücumu təşkil etdiyini açıqlayıb.

Livanın Ətraf Mühit Nazirliyi işğal rejiminin hücumları və Livandakı son vəziyyətlə bağlı hesabat dərc edib.

Nazirliyin hesabatına görə, qatil rejim 8 oktyabr 2023-cü il tarixindən bu yana Livana 10 min 12 hava hücumu həyata keçirib.

Ölkədə məcburi köçkünlər üçün 1067 sığınacaq mərkəzi yaradılıb ki, onlardan 881-i maksimum tutumuna çatıb.

Məlumata görə, sentyabrın 23-dən oktyabrın 15-dək Suriyaya 456 min 228 nəfər keçib.

Ölkədəki dövlət məktəblərinin 77 faizi yaşayış mərkəzlərinə çevrildi.

2023-cü il oktyabrın 8-dən indiyədək 104-ü uşaq, 194-ü qadın olmaqla, ümumilikdə 2350 nəfər şəhid olub, 10906 nəfər yaralanıb.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

M.Q.Quliyevin Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini təyin edildi

Teymur Əziz

İsrailin Qəzzaya hücumu nəticəsində iki ailədən 44 nəfər həyatını itirib

Bugün TV

Bakıda yük qatarı ilə avtomobil toqquşub – YENİLƏNİB + FOTO

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu