27 C
Baku
7 Sentyabr 2025, 11:53
Baş xəbərDünya

Livana edilən hücumlarda ölənlərin sayı 3 min 386-ya yüksəldi

İşğal ordusunun 8 oktyabr 2023-cü ildən Livana qarşı həyata keçirdiyi hücumlarda ölənlərin sayı 3 min 386-ya yüksəlib.

Livanın Səhiyyə Nazirliyi dünən işğal ordusunun Livanın bir çox bölgəsində həyata keçirdiyi hücumlarda 21 nəfərin öldüyünü, 73 nəfərin isə yaralandığını açıqlayıb.

Açıqlamada, işğal rejiminin Livanda 8 oktyabr 2023-cü ildən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayının 878-i qadın və uşaq, 192-si səhiyyə işçisi olmaqla 3 min 386-ya yüksəldiyi, yaralananların sayının artdığı bildirilib.

Livanda işğalçı rejimin bombardmanları nəticəsində yüz minlərlə insan didərgin düşüb.

Rəsmilər köçkünlərin 518 mindən çoxunun Suriyaya köç etdiyini bildirib.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Nur Fettahoğlu, Selma Ergeç və Cansu Derenin görüşü

Teymur Əziz

Qəzzada 1,7 milyon fələstinli didərgin düşüb

Aynur Camal

“Rok-n-rollun kraliçası” 83 yaşında vəfat edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu