15 C
Baku
27 Oktyabr 2025, 7:13
Baş xəbərDünya

Livana yeni hücumlar: Ən azı 38 ölü, 54 yaralı

İsrailin Livanın Baalbek-Hermel bölgəsində həyata keçirdiyi 40-a yaxın hücumda ən azı 38 nəfərin öldüyü, 54 nəfərin yaralandığı açıqlanıb.

İsrailin Yaxın Şərqdə törətdiyi qırğınlara yeniləri əlavə edilib. Livanın Baalbek-Hermel bölgəsinin qubernatoru Bəşir Hodr İsrailin həyata keçirdiyi 40-a yaxın hücumda ən azı 38 nəfərin öldüyünü, 54 nəfərin isə yaralandığını açıqlayıb. Beyrutun cənub ətrafı ilə yanaşı Baalbek-Hermel bölgəsində də yeni hücumların həyata keçirildiyini bildirən Hodr, dağıntılar altından yaralıların xilas edilməsi işlərinin davam etdiyini bildirib.

Dünən İsrail paytaxt Beyrutun cənub ətraflarında bir çox bölgə üçün evakuasiya əmri verib və ən azı 4 bölgəni hədəf alıb. İtkilər və ya hücumların hədəfi ilə bağlı İsrail və ya Livandan rəsmi açıqlama verilməyib.

Mənbə: Hurriyet.Tr

Aynur Camal

Oxşar xəbərlər

Onu atdığınıza peşman olacaqsınız!

İntizar Əmirova

İyunun 13-nə gözlənilən hava şəraiti açıqlanıb

Aynur Camal

Olimpiadada Azərbaycan bayrağını qaldırmasına mane oldular

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu