9 C
Baku
22 Dekabr 2024, 12:27
Baş xəbərDünya

Livanda dinc əhali qətlə yetirilir: 31 şəhid

Sionist işğalçı rejimin Livanın cənub və şərq bölgələrinə hücumları nəticəsində azı 31 nəfər şəhid olub, onlarla insan yaralanıb.

Soyqırımçı qatil rejim Livanda dinc əhaliyə qarşı hücumlarını davam etdirir.

Qatil rejimə aid döyüş təyyarələri ölkənin cənubundakı Nəbatiyenin Ərəbsəlim bölgəsində Mülki Müdafiə Dərnəyinin istifadə etdiyi nöqtəyə hücum edib. Hücumda 4-ü tibb işçisi olmaqla 6 nəfərin şəhid olduğu, çoxlu sayda yaralının olduğu bildirilib.

Livanın Səhiyyə Nazirliyi ölkənin şərqindəki Baalbekin Şaab bölgəsinə təşkil edilən hücumda 5-i qadın olmaqla 8 nəfərin şəhid olduğunu, 27 nəfərin isə yaralandığını açıqlayıb.

Ölkənin cənubundakı Surda bir evin hədəfə alınması nəticəsində 5 nəfərin şəhid olduğu, 7 nəfərin yaralandığı bildirilib.

Surun Qana bölgəsinə edilən hava hücumunda 2 nəfər həlak olub.

Livanın cənubundakı Nabatiyeyə hücumda 4 nəfər şəhid olub.

Nəbatiyənin Hasbaya bölgəsində 1 nəfər, Beyad bölgəsində isə hədəf alınan evdə 3-ü Suriyalı 4 nəfər öldürülüb.

Ölkənin şərqindəki Baalbekin Bazaliye bölgəsində bir evə hava hücumu nəticəsində 1 nəfər şəhid olub.

Döyüş təyyarələri Sur yaxınlığındakı Nasir Səlahəddin məscidini hədəfə alaraq dağıdıb.

Bildirilib ki, hücuma məruz qalan ərazilərdə axtarış-xilasetmə işləri davam edərkən, şəhid və yaralıların sayının artacağından narahatlıq var.

Livan Səhiyyə Nazirliyinin məlumatlarına görə, son hücumlarla Livanda 8 oktyabr 2023-cü ildən bu yana şəhidlərin sayı 3 min 386-ya yüksəlib.

Hücumlar səbəbilə təxminən 1,5 milyon insan ölkə daxilində didərgin düşüb.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Şaxtanın çökməsi nəticəsində 7 nəfər öldü

Nigar Məmmədova

Dünya üzrə quraqlıq səbəbindən hovuzlar qadağan edildi

Aynur Camal

Qaçaqmalçılıq əməliyyatında 16 nəfər nəzarətə alındı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu