13 C
Baku
8 Aprel 2025, 21:49
Dünya

Livanda müharibəyə hazırlıq!

 Ölkə İsrailin mümkün hücumuna qarşı hazır vəziyyətdədir

İsrailin Livana hücum təhdidləri səbəbindən ölkə “yüksək hazırlıq vəziyyətində”dir.

Beyrut hava limanında bütün uçuşlar dayandırılıb, bəzi mühüm mərkəzlər boşaldılır. İsrail Livanın cənubuna hücuma başlayıb və hücumda 2 nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilib.

İsrailin işğal altındakı Colan təpələrində Məcdel Şəms hücumuna görə Livan Hizbullahını ittiham etməsi iki ölkə arasında gərginliyi pik həddə çatdırıb. İsraildən bir-birinin ardınca qisas vədləri gələrkən, Livan mümkün hücum ehtimalına qarşı tədbir görməyə başlayıb.

İsrail ordusunun Livanın cənubunda bir avtomobil və motosikleti hədəf alması nəticəsində biri uşaq olmaqla 2 nəfər ölüb, 3 nəfər yaralanıb.  Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərdə İsrail ordusuna aid pilotsuz uçuş aparatının (PUA) cənubda bir avtomobili hədəf aldığı bildirilib.

İngilis xəbər agentliyi Reuters-ə iki mənbə ölkənin “yüksək hazırlıq vəziyyətində” olduğunu və Hizbullahın İsrailin hücumu ərəfəsində Livanın cənubunda və Bekaa vadisinin şərqində bəzi mühüm yerləri boşaltdığını bildirib. Mənbələr, “Hizbullah son saatlarda cənubda və Bekaa vadisində bəzi mühüm mərkəzləri boşaltdı” deyib.

Beyrut Rəfiq Həriri Beynəlxalq Hava Limanında uçuş və gəliş uçuş məlumatları ekranında iyulun 28-i axşamdan başlayaraq bu günə qədər davam edən bütün uçuşların dayandırıldığı görülüb.

Hava limanının internet saytında verilən uçuş məlumatlarına görə, Beyrutdan dünyanın müxtəlif nöqtələrinə və oradan bütün uçuşlar “ləğv edildi” və ya “təxirə salındı” kimi yazılıb.

Digər tərəfdən, İsrail ordusunun Livana mümkün hücumundan əvvəl bəzi ölkələr öz vətəndaşlarına Livanı tərk etmələri və ya bu ölkəyə getməmələri barədə xəbərdarlıq etmişdilər; ABŞ, Avstraliya, Norveç, Almaniya, Böyük Britaniya, Belçika, Fransa, İsveç, Danimarka, Hollandiya.

İsrailin işğalı altında olan Colan Təpələrindəki Majdel Şəms qəsəbəsində futbol meydançasına düşən raket hücumunda aralarında uşaqların da olduğu 12 nəfərin həyatını itirdiyi, 17-si ağır olmaqla 35 nəfərin yaralandığı açıqlanıb.İsrail ordusu “əllərində olan kəşfiyyat məlumatları və onların qiymətləndirməsi nəticəsində” raketin Livanın cənubundakı Şeba şəhərinin şimalından atıldığını bəyan edərək, Livan Hizbullahının məsuliyyət daşıdığını açıqlayıb.

Livan Hizbullahı isə Məcdel Şəmsdəki hücumun onlar tərəfindən həyata keçirildiyinə dair iddiaları təkzib edərək, “hadisə ilə heç bir əlaqəsinin olmadığını” bildirib.

İsrailin baş naziri Binyamin Netanyahu da hücumla bağlı açıqlamasında “İsrail bu ölümcül hücumu bir kənara qoymayacaq. Hizbullah indiyə qədər heç vaxt ödəmədiyi ağır bədəli ödəyəcək” deyib.

Digər tərəfdən, raketin Məcdel Şəmsdə hücum xəbərdarlığı sirenlərinin səslənməsindən qısa müddət sonra vurulduqdan sonra raketin İsrail ordusunun hava hücumundan müdafiə sistemi olan Dəmir Qübbədən atıldığı iddia edilib.

Adının çəkilməsini istəməyən rayon sakini partlayışın hücum sireninin işə düşməsindən dərhal sonra baş verdiyini və raketin “Dəmir günbəz” batareyalarının yerləşdiyi Cebel Şeyx bölgəsindən gəldiyini gördüyünü bildirib.

Eyni şəkildə Dohada yaşayan əl-Ərəbi televiziyasının müxbiri bildirib ki, yerli xalq raketin gəldiyi istiqamətdən və hücum sireninin gecikməsinə görə Dəmir Qübbədən atıldığını düşünüb.

Mənbə: TGRT

Kəmalə Sultan

Oxşar xəbərlər

150.000 funta ada satılır

Aynur Camal

İsrail 100 gündür ki, Qəzza zolağına yardımın girişini əngəlləyir

Aynur Camal

Təyyarə yaşayış məntəqəsinə düşdü

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu