Sionist işğalçı rejimin 8 oktyabr 2023-cü ildən Livana qarşı hücumlarında 2672 nəfər şəhid olub.
Qatil rejimin Livana hücumları aramsız olaraq davam edir.
Qondarma sionist işğal rejiminin ordusu oktyabrın 27-də Livanın cənub şəhərləri, eləcə də Bekaa və Baalbek bölgələrinə onlarla hava hücumu həyata keçirib.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, son hücumlarda 19 nəfər şəhid olub, 108 nəfər yaralanıb.
Açıqlamada, 8 oktyabr 2023-cü ildən bəri Livana qarşı hücumlarda şəhidlərin sayının 2 min 672, yaralıların sayının isə 12 min 468-ə yüksəldiyi qeyd edilib.
Hücumlar nəticəsində yüz minlərlə insan ölkə daxilində didərgin düşüb.
Ölkənin cənub bölgələrindən paytaxt Beyrut və şimala köç dalğası davam edərkən, ən az 486 min insanın Suriyaya keçdiyi ifadə edildi.
Mənbə: İLKHA