3 C
Baku
14 Dekabr 2025, 17:26
Dünya

Livanla bağlı bəyanat

İsrailin baş naziri Benyamin Netanyahu sosial mediada paylaşdığı 10 saniyəlik video müraciətində “Şimalda yaşayanları evlərinə qaytaracağıq” deyib.

Livanda Hizbullah üzvlərinin istifadə etdiyi peycer və radiolar dəfələrlə partladıldıqdan sonra bütün gözlər İsrail-Livan sərhədinə çevrildi.

İsrailin müdafiə naziri Yoav Gallant müharibədə “yeni mərhələnin” başlanğıcında olduqlarını və İsrailin qüvvələrini Livan sərhədinə köçürdüyünü elan etdikdən sonra İsrailin baş naziri Binyamin Netanyahudan diqqətçəkən bir yazı gəldi.

Netanyahu X sosial media platformasında 10 saniyəlik video paylaşıb.

Netanyahu bəyan edib ki, İsrail Hizbullah ilə toqquşmalar zamanı şimal sərhəd bölgələrindən təxliyə edilən on minlərlə sakinin evlərinə qayıtmasını təmin edəcək.

“ŞİMALDA YAŞAYANLARI TƏHLÜKƏSİZ olaraq evlərinə qaytaracağıq”

“Mən əvvəllər demişəm: Şimal sakinlərini sağ-salamat evlərinə qaytaracağıq və bunu da edəcəyik”, – Netanyahu bildirib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiya 51 Ukrayna əsgərinin cəsədini təhvil verdi

Bugün TV

Nyu York metrosunda qatarların toqquşması nəticəsində 24 nəfər xəsarət aldı

Bugün TV

Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçiriləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu