17 C
Baku
10 İyun 2025, 7:08
Baş xəbərDünya

Livanlılar Suriyaya yollanır: Yüz minlərlə insan dəstə-dəstə gedir

İsrailin Livana hücumları həm havadan, həm də qurudan davam edir. Müharibədən narahat olan insanlar Livandan Suriyaya köç etməyə başladılar. İndiyədək 240 mindən çox insanın Suriyaya keçdiyi bildirilərkən, İsrail qırğınlarına sərhəd bölgəsini də əlavə edib. Livan-Suriya sərhədində yerləşən Əl-Məsnə Sərhəd Qapısı səhər saatlarında hədəfə alınıb.

İsrail qırğın ərazilərini genişləndirdi. Qəzzada 41 min 788 adamı qətlə yetirən İsrailin döyüş oxlarını Livana çevirməsindən sonra təxminən 2 min insan həyatını itirib. Hava zərbələrinin ardınca Livana qarşı Şimalın Oxları adı altında quru əməliyyatı keçirən İsrailə İran raket zərbələri ilə cavab verib və bu, III Dünya Müharibəsi qorxusuna səbəb olub.

İsrail Qəzzada olduğu kimi Livan xalqını məcburi köçə məhkum etdi. Köçkünləri yerləşdirmək üçün Livanda açılan 875 mərkəz dolub. Çarəsiz qalan Livan xalqı ölkələrini tərk etməli oldu.

Livanlılar dəstə-dəstə Suriyaya yola düşüblər. İndiyədək 240 mindən çox livanlı Suriyaya keçib. İsrail Livan-Suriya sərhədindəki Əl Məsna Sərhəd Qapısını da hədəfə alıb.

Yerli media mənbələrindən əldə edilən məlumata görə, Livan və Suriya arasındakı Əl-Məsnə Sərhəd Qapısı İsrail ordusunun hücumuna məruz qalıb. Hücumda Livanın paytaxtı Beyrut ilə Suriyanın paytaxtı Dəməşq arasındakı yolun da kəsildiyi bildirilərkən, ölən və ya yaralananların olub olmadığı barədə məlumat verilməyib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Qarın qalınlığı 2 metrəyə çatdı

Kəmalə Sultan

Ərdoğan: “Biz Ukrayna və Rusiya arasında sülhün bərqərar olmasının tərəfdarıyıq”

Nigar Məmmədova

50 min itkin uşaq haradadır?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu