25 C
Baku
10 Sentyabr 2025, 22:20
Baş xəbərSiyasət

London: “Biz həmişə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının tərəfdarıyıq”

Azərbaycan mina təhlükəsi ilə mübarizədə Böyük Britaniyanın dəstəyini yüksək qiymətləndirir.

Bugun.tv xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bunu respublikanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın Yaxın Şərq, Şimali Afrika, Cənubi Asiya və BMT üzrə dövlət naziri Tariq Mahmud Əhmədlə görüşündə deyib.

Görüş Avropa Şurası Dövlət və Hökumət Başçılarının Reykyavikdə keçirilən 4-cü Zirvə Görüşü çərçivəsində baş tutub.

Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkə olduğunu qeyd edən V.Bayramov iki ölkənin birgə layihələrin həyata keçirilməsində uğurlu təcrübəsinə toxunaraq, Azərbaycanın bu əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu vurğulayıb. O, respublikada alternativ enerji mənbələrinin inkişafı üçün geniş imkanların olduğunu qeyd edib.

Böyük Britaniyanın dövlət naziri öz növbəsində iki ölkə arasında diplomatik münasibətlər qurulandan bəri Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərdə qarşılıqlı faydalı strateji əməkdaşlıq gündəliyinin formalaşdığını bildirib.

O, Bakı ilə London arasında strateji dialoqun genişləndirilməsinin vacibliyini vurğulayıb. Əhməd bildirib ki, Böyük Britaniya regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi səylərini, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləyir.

Mənbə: 1news.az

Aynur Camal

Oxşar xəbərlər

“Şimal axını” boru kəmərlərindən sızan metan qazı Baltik dənizinin böyük hissəsinə yayılıb

Aynur Camal

Hərbi avtomobil aşdı: 6 yaralı var

Teymur Əziz

Ticarət müharibəsində qısa fasilə: ABŞ Kanadaya tarifləri ən azı 30 gün dayandırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu