7 C
Baku
21 Dekabr 2025, 2:48
Digər

Londonda etiraz aksiyası zamanı 50-dən çox şəxs saxlanıldı

Londonda qadağan olunmuş “Palestine Action” qrupuna dəstək məqsədilə keçirilən etiraz aksiyası zamanı 50-dən çox şəxs saxlanılıb.

Bugun.tv BBC-yə istinadla xəbər verir ki, Vestminsterdəki parlament meydanında “Defend Our Juries” təşkilatının təşkil etdiyi aksiya zamanı 100-dən çox iştirakçı “Palestine Action” qrupunu dəstəkləyən plakatlar nümayiş etdirib.

Böyük Britaniya hökuməti iyul ayında “Palestine Action” təşkilatını 2000-ci il terrorçuluq aktına əsasən qadağan edib. Qrupun üzvü olmaq və ya onu dəstəkləmək artıq cinayət hesab olunur və 14 ilə qədər həbs cəzası ilə nəticələnə bilər. Aksiya İngiltərə və Uelsdə qrupun dəstəklənməsi ilə bağlı ilk üç nəfərə ittiham irəli sürülməsindən bir neçə gün sonra keçirilib.

Mənbə: AZƏRTAC
Bugün TV

Oxşar xəbərlər

Son on gündə Laçın və Kəlbəcərdə 72 mina aşkarlanıb

Aynur Camal

Plastik tullantılar təhlükə mənbəyidir

Bugün TV

Rusiya ordusu Kupyansk cəbhə xətti yaxınlığında Ukraynanın dörd əks-hücumunu dəf etdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu