6 C
Baku
24 Fevral 2026, 9:22
Dünya

Londonda Fələstinin səfirliyi açılır

İllərdir Qəzzaya ölüm yağışı yağdıran İsrailə növbəti zərbə vurulub. Böyük Britaniyanın Fələstini dövlət olaraq tanımasının ardından Londondakı Fələstin nümayəndəliyində təşkil edilən mərasimdə yeni işarə və bayraq qaldırılıb.

Birləşmiş Krallıq, Kanada, Portuqaliya və Avstraliyadan sonra Malta da BMT Baş Assambleyasında Fələstini rəsmən tanıyacaq.

Belə ki, Böyük Britaniyanın Fələstini dövlət olaraq tanımasından sonra Londondakı Fələstin missiyasının binasında mərasimlə yeni lövhə və bayraq qaldırılıb.

STARMER AÇIQLADI

Böyük Britaniyanın baş naziri Keir Starmer sülh və iki dövlətli həll ümidlərini yenidən alovlandırmaq üçün Fələstin Dövlətinin rəsmi olaraq tanındığını açıqlayıb. Bu addımı əvvəllər Kanada, Avstraliya və Portuqaliya atmışdı. Bu ölkələr Fələstini Qəzzada müharibəni bitirmək və iki dövlətli həlli dəstəkləmək vasitəsi kimi tanıyıb. Fransa, Belçika, Lüksemburq, Andorra, San Marino və bir neçə başqa ölkənin bu gün oxşar qərarlar qəbul edəcəyi gözlənilir.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

ABŞ ordusu Suriyanın əsas bazasından geri çəkildi

Aynur Camal

Ramazan qadağalarla başladı

Aynur Camal

Kim Jong Un yenidən Partiyasının lideri seçildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu