İndiyədək 5 nəfərin həyatını itirdiyi fəlakətdən sonra bölgədən təxliyələr davam edir. Yanğının geridə qoyduğu zərər peyk görüntülərində əks olunub.
Kaliforniya ştatının Los-Anceles şəhərində dörd fərqli yerdə başlayan meşə yanğınları 2 gündür nəzarət altına alına bilməyib.
İton, Palisades, Hurst və Vudli qraflıqlarında tüğyan edən yanğınlarda alovlar daha geniş əraziyə yayılır.
100 MİN NƏFƏRİN EVAKUASİYA QƏRARI
Sakit Okean Palisades bölgəsində baş verən yanğında təxminən 3 min hektar ərazi məhv olarkən, təxminən 100 min insan üçün təxliyə əmri verildi.
“Fövqəladə vəziyyət” ELAN EDİLDİ
Kaliforniya qubernatoru Gavin Newsom açıqlamasında yanğınla mübarizə səylərinin davam etdiyini və Los-Ancelesdə “fövqəladə vəziyyət” elan etdiyini bildirib.
YANĞINDAN ƏVVƏL VƏ SONRA
Yanğından sonra çəkilmiş görüntülərin əvvəlki peyk fotoşəkilləri ilə müqayisəsi yanğının təsirlərini üzə çıxarıb.
Əvvəllər hovuzlu və bağçalı villaların olduğu ərazinin yanğından sonra xarabalığa çevrildiyi görülüb.
Həmçinin Los-Ancelesdəki görüntülər Qəzzanı xatırlatdığı deyilib.
Mənbə: EnSonHaber