25 C
Baku
20 İyul 2025, 0:05
DünyaSosial

Los-Ancelesdə tunel çökərək onlarla insanı tələyə saldı

ABŞ-ın Los-Anceles şəhərində tikilməkdə olan tunelin bir hissəsi çöküb. Məlumata görə, çoxlu sayda insan dağıntılar altında qalıb və özlərini dağıntılar altından çıxarmağa məcbur olublar.

Kaliforniya ştatının Los-Anceles şəhərinin Uilminqton məhəlləsində tikilməkdə olan çirkab su tuneli çöküb.

Əraziyə çoxlu sayda xilasedicilər göndərilib. Los-Anceles yanğınsöndürmə xidmətinin rəisi Ronnie Villanueva bildirib ki, 27 nəfər 5,5 metr diametrli tuneldə sıxışıb, dörd işçi isə kömək etmək üçün zədələnmiş hissəyə daxil olub.

ÖZ RESURSLARI İLƏ ÇIXDILAR

Villanueva, 31 işçinin öz imkanları ilə xilas olduğunu ifadə edərək, “İşçilər dağıntıların arasından dırmaşmalı idilər. Öz başlarına çıxmalı idilər” deyib.

Çökmənin yerin sıxılması nəticəsində baş verdiyi öyrənilib.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

NASA-dan xəbərdarlıq: Sakit okean adalarında dəniz səviyyəsi yüksələcək

Aynur Camal

Netanyahunun korrupsiyasına dair sənədli film nümayiş olunub

Aynur Camal

Qatı duman Tbilisi aeroportunda ciddi problemlər yaratdı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu