Dünya

Los-Ancelesdə yanğınlar davam edir: Zərər 250 milyard dolları keçəcək

ABŞ-da Los-Anceles və ətrafında davam edən yanğınlar nəticəsində dəyən ümumi zərər və iqtisadi itkilərin təxminləri 250-275 milyard dollar aralığına yüksəldilib. Dünya üzrə hava proqnozu xidməti olan AccuWeather Los-Ancelesdə və ətraf ərazilərdə davam edən yanğınların iqtisadi dəyəri ilə bağlı təxminlərini yeniləyib.

Müvafiq olaraq, davam edən yanğınların vurduğu ümumi zərərin və iqtisadi itkilərin 250-275 milyard dollar arasında olduğu təxmin edilir. AccuWeather, keçən həftə ilk dəfə paylaşdığı ilkin hesablamalarında, yanğınların dəyərinin 52-57 milyard dollar arasında ola biləcəyini proqnozlaşdırdı.

Yanğınlar davam etdikcə sözügedən təxmin 135 milyard dollardan 150 milyard dollara qədər artırıldı.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu