19 C
Baku
29 İyun 2025, 2:04
Digər

Luis Enrike “Napoli”yə rəhbərlik etməyə razılıq verəcəkmi?-AÇIQLAMA

“Barselona”nın və İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrikenin İtaliya “Napoli”sinə rəhbərlik etməyə hansı şərtlərlə razılıq verəcəyi məlum olub.

Bugun.tv xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.

Mənbənin sözlərinə görə, ispaniyalı mütəxəssis “Napoli”də maaşı mövsümdə 8 milyon avro olarsa, neapolluların təklifini qəbul edəcək. Həmçinin, klub prezidenti Aurelio De Laurentis Enrike komandadan ayrılacağı təqdirdə, Kim Min Cenin yerinə “Villarreal” müdafiəçisi Pau Torres ilə müqavilə imzalayacağına söz verib. Üstəlik, məşqçini əmin ediblər ki, hücumçular Viktor Osimxen və Xviça Kvaratsxeliya növbəti mövsümdə komandada qalacaqlar.

Qeyd edək ki, daha əvvəl “Napoli”nin baş məşqçisi Luçano Spaletti mövsümün sonunda klubdan ayrılacağını və karyerasına bir illik fasilə verəcəyini təsdiqləyib.

Nigar Məmmədova

Oxşar xəbərlər

“Qədirbilən xalqımız akademik Zərifə xanım Əliyevanın ölkəmizdə səhiyyənin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirir”

Nigar Məmmədova

Tamaşaçılardan böyük reaksiya!

Aynur Camal

Ankarada TDKT-nın təsis konfransı keçirilib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu