24 C
Baku
28 İyun 2025, 22:37
Digər

Luis Enrike “Napoli”yə rəhbərlik etməyə razılıq verəcəkmi?-AÇIQLAMA

“Barselona”nın və İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrikenin İtaliya “Napoli”sinə rəhbərlik etməyə hansı şərtlərlə razılıq verəcəyi məlum olub.

Bugun.tv xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.

Mənbənin sözlərinə görə, ispaniyalı mütəxəssis “Napoli”də maaşı mövsümdə 8 milyon avro olarsa, neapolluların təklifini qəbul edəcək. Həmçinin, klub prezidenti Aurelio De Laurentis Enrike komandadan ayrılacağı təqdirdə, Kim Min Cenin yerinə “Villarreal” müdafiəçisi Pau Torres ilə müqavilə imzalayacağına söz verib. Üstəlik, məşqçini əmin ediblər ki, hücumçular Viktor Osimxen və Xviça Kvaratsxeliya növbəti mövsümdə komandada qalacaqlar.

Qeyd edək ki, daha əvvəl “Napoli”nin baş məşqçisi Luçano Spaletti mövsümün sonunda klubdan ayrılacağını və karyerasına bir illik fasilə verəcəyini təsdiqləyib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Prezident Ərdoğan indoneziyalı həmkarı ilə danışıb

Bugün TV

HHM bölmələrinin peşəkarlığı artırılır

Kəmalə Sultan

Kimlər saç əkdirə bilər?

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu