Belarus Prezidenti Aleksandr Lukaşenko rəsmi səfər çərçivəsində Pxenyanda KXDR lideri Kim Çen In ilə görüşüb.
Görüş zamanı tərəflər arasında xatirə hədiyyələrinin mübadiləsi həyata keçirilib. Kim Çen In Lukaşenkoya qılınc, bəzəkli vaza və səfər münasibətilə xüsusi hazırlanmış qızıl xatirə sikkəsi təqdim edib.
Öz növbəsində Lukaşenko diqqətçəkən hədiyyə kimi Belarus istehsalı olan VSK avtomatını KXDR liderinə bağışlayıb. O bildirib ki, ölkədə atıcı silah və sursat istehsalı mövcuddur və bu sahə inkişaf etdirilir.
Kim Çen In təqdim olunan silahla yaxından maraqlanaraq onun xüsusiyyətləri barədə suallar verib və mexanizmini yoxlayıb.
Bundan əlavə, Lukaşenko KXDR liderinə Slutsk kəməri, onun ailə üzvlərinə isə müxtəlif hədiyyələr təqdim edib. Hədiyyələr arasında liderin həyat yoldaşı üçün zinət əşyası, qızı üçün bədii qutu və Belarus məhsullarından ibarət səbət də yer alıb.
Mənbə: mail.ru
