Baş xəbərDünya

Lüks oteldə içki qalmaqalı! İnsanlara spirt əvəzinə yuyucu toz içdiriblər

Yunanıstanın Krit adasındakı oteldə qalmaqallı hadisə baş verib. Otelin meyxanaçısı turistlərə spirtli içki əvəzinə yuyucu vasitə verib. Yuyucu vasitələrdən içən iki turist xəstəxanaya yerləşdirilib. Yunanıstanın Krit adasındakı lüks oteldə inanılmaz hadisə baş verib. Kritin ənənəvi içkisi Tsikoudia sifariş verən turistlər bir neçə dəqiqədən sonra xəstələniblər.

Məlum olub ki, meyxanaçı soyuducuda tapdığı şüşədən maye verib və həmin maye yuyucu vasitə olub.

TURİSTLƏRİN İNTUBASİYA EDİLDİ

Turistlərin Heraklion Universiteti Xəstəxanasına aparılaraq intubasiya edildiyi bildirilib. Reanimasiyada olan turistlərin müalicəsi davam edərkən polisin hadisə ilə bağlı araşdırma başlatdığı və otel müdirinin həbs edildiyi bildirilib. Müsadirə edilən və səlahiyyətlilər tərəfindən araşdırılan mayenin yuyucu vasitə olduğu müəyyən edilib. Otelin restoran bölməsi bağlanıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Tramp Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdirmək üçün fərman imzaladı

Aynur Camal

Misir kraliçasına məxsus 683 brilyantlı boyunbağı Vyanada oğurlanıb

Aynur Camal

Rusiya Ukraynada hər ay cəlb edə bildiyindən 6 min daha çox əsgər itirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu