Səhərin gözü acılan kimi Nərgiz xala gəlini Solmazı yuxudan oyadıb dedi:
-Bəsdir yatdın,di ,dur gəl.Güləli Bakıdan qayıdana kimi həyətə,bağ-bağcaya bir az əl gəzdirək.Yoxsa ğəlib yenə başlayacaq;ona əl vurma,dədəmdən qalıb,buna əl vurma,nənəmdən qalıb Həyətə baxıram ürəyim ağzıma gəlir.
Gəlin-qaynana əl-ələ verib həyətdə nə qədər lazımsız xəmxırt vardısa həyətin ortasına yığıb od vurdular.Gəlinin ürəyi soyumayıb özünü verdi bağcaya Yaş-quruluğuna baxmayaraq nə qədər kol-kos vardısa hamısını dibindən qoparıb atdı tonqala Gəlin-qayınana həyətdə,bağcada səliqə -sahman yaradıb,kecdilər evə Evdə yır-yığış işlərini təzəcə qurtaranda xəbər tutdular ki,qazlar ölüb Nərgiz xala qazları özündən cox istəyirdi .Onları ölmüş görəndə təpəsindən tüstü cıxdı.Sonra özünə toxtaxlıq verib dedi:
Başımıza sadağa,təki ölən qaz olsun.Bəla canımıza yox,malımıza gəlsin.Ay gəlin,bunları doldur arabaya,apar at cay cay kənarına.
Gəlin:
-Ay ana,mən ölü qazdan qorxuram.
Ay qız ,qazın dirisindən qorxmurdun,ölüsündən qorxursan?Kec bu yana .
Nərgiz xala qazlardan birini əlinə götürüb arabaya atmaq istəyəndə fikrini dəyişdi:
-Ay qız,qazların hərəsində bir balışlıq tük var.Gəlsənə bunların tüklərini yolub sonra ataq?!
Gəlin həmişə olduğu kimi qayınananın sözünü başı ilə təstiqlədi.Nərgiz xala bir göz qırpımında qazları yolub,yığdı torbaya,lümək leşlərini arabaya doldurdu,aparıb cay kənarına atıb gəldi.Gəlin-qayınana səhərdən bəri o ki,var işləyib əldən düşmüşdülər. Axşam olan kimi başlarını atıb yatdılar.Səhərə yaxın gəlinin qulağına qaz səsi gəldi..Tez yatağdan qalxıb pəncərədən baxdı,həyətdə əcaib heyvanların gəzişdiyini görüb,qayınanasını yuxudan oyatdı:
-Ay ana,dur gəl bax ,həyətdə qəribə heyvanlar ğəzişir.
Nərgiz xala durub pəncərədən baxanda dünən yolduğu ölü qazların dirildiyini görüb təəccübləndi,sonra onu gic gülmək tutdu
-Ay qız,qazlarımızdır,dirilib gəliblər.Gedim heyvanlara yem verim.
Nərgiz xala lüt qazları yemlədi,amma onların dirilməklərinin səbəbini hec cür anlaya bilmədi.
Axşamüsü Güləli Bakıdan qayıtdı.Həyətdə lüt qazları görüb o ki,var güldü.Sonra bağcadakı cətənə kollarını görməyib qorxuya düşdü.
-Ay ana, bizə polis gəlmişdi?
-Yox ,ay bala,polisin bizim həyətdə nə işi var.
-Bəs onda bağdakı kolları kim cıxarıb?
Gəlin pəncərədən başını cıxarıb dedi:
-Mən cıxarıb yandırmışam,bağcada səliqə -sahman yaratmaq istədim.Nəsə olub?
Güləli hirslə:
-Canına azar olub.Sənə deyən var idi ki,bağcada səliqə -sahman yarat?Necə ildi mən cətənə kollarını…Eee. Allah şeytana lənət eləsin
Nırgiz xala barmağını dişlədi.İndii ona catdı ki,qazlar niyə ölüb ,sonradan diriliblər.Oğlunun bağcada cətənə kolu becərdiyini ağlına belə gətirməzdi.Güləlinin üc gündən bir Bakıya getdiyi indi anaya əyan oldu.
Güləli yaman əsəbləşmişdi,özünə yer tapa bilmirdi.Anası olmasaydı Solmaza bir-ikisini ilişdirərdi.Elə bu vaxt polis maşını həyət qapısının ağzında dayandı.Polislər həyətə doluşub bağcanı axtarmağa başladılar.Axtardığlarını tapmayıb evə soxuldular.Evdə də bir şey tapmayıb gedəndə gözləri lüt qazlara sataşdı.O ki,var güldülər.Nərgiz xala,oğlu,gəlini polislərə qoşulub gülürdülər Gəlinin gözlərində sevinc göz yaşları var idi.O,ərinin qulağına yavaşcadan pıcıldadı:
-Bağcada səliqə-sahman yaratmasaydım polislər səni qazların gününə salmışdılar.
Əhməd Orucoğlu