22 C
Baku
3 İyul 2025, 22:02
Baş xəbərSosial

Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələri keçiriləcək

Bugun.tv xəbər verir ki, aprelin 30-da Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin ilkin mərhələsi  keçiriləcək. Müsabiqələrdə iştirak üçün onlayn qeydiyyat prosesinə yaxın günlərdə start veriləcək.

VI sinif şagirdləri riyaziyyatinformatika, VII sinif şagirdləri fizika, kimyabiologiya fənləri üzrə müsabiqələrdə iştirak edə bilərlər. Lütfi Zadə adına məntiq olimpiadası isə V sinif şagirdləri arasında keçirilir. Qeyd edək ki, müsabiqələrin keçirilməsinin məqsədi məktəblilər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənənləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.

Müsabiqələrin növbəti mərhələlərinin mayiyun aylarında keçirilməsi planlaşdırılır.

Mənbə: Elm və təhsil nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Meşə sahəsində yanğın oldu

Bugün TV

Livanda yarım milyon insan didərgin düşdü

Aynur Camal

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu