21 C
Baku
11 İyun 2025, 4:50
Digər

Məcburi köçkünlərin mənzilləri satışa çıxarıldı

Bu gündən etibarən keçmiş məcburi köçkünlər üçün tikilən mənzillərin satışına başlanılıb. Prosesi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Hazırda Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillər satılır.
Bugun.tv xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat verib. Mənzillərin ms.sosial.gov.az portal üzərindən onlayn satışına başlanılıb. Qeyd olunan mənzillərdən almaq istəyən şəxslərə portala daxil olmaqla mənzillərlə tanışlıq və seçim imkanı yaradılıb. “Son məlumata, əsasən 700 mənzil vətəndaşlarımız tərəfindən bron olunub. Mənzili bron edən şəxslə nazirlik arasında məbləğin tam ödənilməsiylə notarial qaydada müqavilə bağlanılır və 10 gün müddətində həmin vətəndaş mənzilə sahib olur”.
Qeyd edək ki, mənzillərin satışı 1 iyuladək davam edəcək.

Oxşar xəbərlər

Zaqatalada partlayıcı maddə partladı

Kəmalə Sultan

Putin Rusiya və Hindistan arasında imtiyazlı strateji tərəfdaşlığı yüksək qiymətləndirdi

Aynur Camal

E. Mirzəbəyli: “Paşinyan ənənəvi söz oyunu ilə diqqəti reallıqdan yayındırmağa çalışır”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu