14 C
Baku
17 Fevral 2026, 21:56
Baş xəbərSiyasət

Məhəmməd Əsədullazadə: Tramp Zelenskini Rusiyaya güzəştə getməyə məcbur edir

Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya

Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı mövqeyi barədə sosial media hesabında paylaşım edib.

Ekspert bildirib ki, Tramp yenidən Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiyanın şərtlərinə razı salmaq üçün təzyiq göstərir.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, Tramp Ukraynanı danışıqlar masasına oturmağa çağırsa da, əslində bu çağırış Ukraynanın Donbas bölgəsini Rusiyaya güzəştə gedərək razılaşma imzalamasına yönəlib. Ekspert qeyd edib ki, belə bir addım Trampın “sülh adamı” kimi təqdim olunmasına və Rusiyanın irəli sürdüyü 12 trilyon dollarlıq iqtisadi əməkdaşlıq təklifini qəbul etməsinə imkan yarada bilər.

Siyasi ekspert əlavə edib ki, ABŞ və Rusiya arasında Ukrayna məsələsində razılaşma əldə olunarsa, Rusiya regionda, o cümlədən Azərbaycana qarşı təzyiqlərini artırmağa çalışa bilər. Onun fikrincə, Rusiya Ukraynada mövqeyini gücləndirdikcə qonşu ölkələrə qarşı daha sərt siyasət yürütməyə başlayır və mümkün qələbə halında Cənubi Qafqaz və Mərkəzi Asiyaya qarşı hərbi təzyiqlər arta bilər.

Əsədullazadə vurğulayıb ki, hazırda Trampın Ukrayna siyasətinə Böyük Britaniya və Avropa İttifaqı ciddi şəkildə mane olur. Ekspert hesab edir ki, Böyük Britaniya və Aİ danışıqlar prosesindən kənarda qaldığı müddətdə ABŞ və Rusiyanın Ukrayna ilə bağlı sövdələşməsi tam reallaşmaya bilər.

Aynur Camal

Oxşar xəbərlər

“Qadın ruhunun səssizliyi daxili gücün əsas mənbəyidir”

Aynur Camal

İran Hürmüz Boğazı’nı hərbi təlim səbəbi ilə müvəqqəti bağlayacaq

Aynur Camal

Prezident İlham Əliyev: Rusiya Kiyevdəki Azərbaycan səfirliyinə ‘qəsdən hücum edib’

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu