25 C
Baku
10 Sentyabr 2025, 22:35
Baş xəbərDünya

Məhbuslar aclıq və susuzluqla üzləşiblər

Bugun.tv xəbər verir ki, Haiti həbsxanalarında məhbuslar ciddi problemlərlə, xüsusilə aclıq və susuzluqla mübarizə aparırlar.

Associated Press-in (AP) xüsusi hesabatına görə, Birləşmiş Millətlər Təşkilatının məlumatları ötən il Haitidə 185, ilin əvvəlindən isə 20-dən çox məhbusun öldüyünü ortaya qoyub. Bildirilib ki, paytaxtdakı həbsxanada vərəmdən əziyyət çəkən məhbuslara lazımi qayğı göstərilməyib, insanların əksəriyyətinin gün ərzində su və yemək imkanı yoxdur. Digər tərəfdən, məhbuslar yatmağa yer olmadığı üçün gecələri oyaq qalmaq məcburiyyətindədirlər.

Saxlanma müddətinin 48 saat olduğu ölkədə bu qanun yerinə yetirilmir və həbs müddətləri uzanır.Bəzi məhbusların ailələri yemək və su gətirirlər, lakin onların həbs müddəti uzandıqca bu, dayanıqlı olmur.

Mənbə: TRT Haber

Kəmalə Sultan

Oxşar xəbərlər

Pandalar qəhvəyi rəngə çevrildi

Aynur Camal

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanıldı

Kəmalə Sultan

Avtomobillər toqquşdu: 1 ölü, 6 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu