8 C
Baku
18 Fevral 2026, 21:54
Baş xəbərDünya

Məktəb yaxınlığında bomba çaxnaşması!

Solomon adalarında bir məktəb yaxınlığında İkinci Dünya Müharibəsinə aid 200-dən çox partlamamış hərbi sursat tapılıb.

İkinci Dünya Müharibəsi zamanı Solomon adaları Yaponiya ilə ABŞ arasında şiddətli toqquşmalara səhnə olub və bu münaqişələr nəticəsində hələ də adalarda partlamamış hərbi sursatlar var.

ABŞ əsgərlərinə məxsus olan və zamanla paslanan bu sursatlar Kral Solomon Adaları Polisi (RSIPF) tərəfindən çıxarılaraq təhlükəsiz yerə daşınıb.

Sursat paytaxt Honiarada bir məktəb işçisinin evinin yaxınlığında, məktəbdə kanalizasiya işləri üçün qazıntı zamanı tapılıb.

RSIPF rəsmi müfəttişi Klifford Tunuki uzun müddət basdırılan bu sursatların təhlükəsiz şəkildə çıxarılıb atılmağı gözlədiyini bildirdi.

Bombalar hələ də bölgədə ciddi təhlükə yaratmaqda davam edir. Məktəb təhlükəsizliklə bağlı bir neçə gün təhsil fəaliyyətini dayandırıb.

Hadisə ilə bağlı verilən açıqlamada polis qruplarının kürəklərlə qazaraq paslanmış sursatları əl ilə çıxararaq təhlükəsiz yerə köçürdüyü bildirilib.

İkinci Dünya Müharibəsi zamanı Solomon Adaları, Papua Yeni Qvineya və Palau kimi Sakit Okean adalarına minlərlə bomba atıldı və bir çoxu partlamamış qaldı.

2020-ci ildə Honiarada köhnə sursatların xəritəsini çıxarmaq üçün işləyən iki xarici bomba zərərsizləşdirilməsi mütəxəssisi partlayış nəticəsində öldü.

2021-ci ildə Honiaradakı bir evin bağçasında aparılan qazıntı zamanı İkinci Dünya Müharibəsindən qalma 100-dən çox partlamamış bomba aşkar edilib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığı yeni mərhələyə keçə bilər

Aynur Camal

Oman və Azərbaycan vizasız səyahət razılaşması imzalayıb

Aynur Camal

Starmer və Trump Rusiyanın müharibə və İran məsələsini müzakirə etdilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu