Baş xəbər

Məktəblilərimizin növbəti uğuru

Məktəblilərimiz beynəlxalq olimpiadada bir qızıl, yeddi bürünc medal qazanıblar.

Bugun.tv-xəbər verir ki, Azərbaycan məktəbliləri yanvarın 13-dən 17-dək Astanada keçirilən riyaziyyat, fizika və informatika üzrə XXI Beynəlxalq Jautıkov Olimpiadasında (IZhO 2025) iştirak ediblər.

Olimpiadanın iki turunun yekunlarına görə, azərbaycanlı iştirakçılar bir qızıl və yeddi bürünc medal qazanıblar.

Belə ki, riyaziyyat fənni üzrə Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Hüseyn Zeynalov bürünc medal, fizika fənni üzrə Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Raiq Babazadə, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Murad Xəlil və Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Oqtay Lətifli bürünc medal, informatika fənni üzrə isə Bakı Şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ayxan Dəmirli qızıl medal, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Tahir Əliyev, Bakı Türk Anadolu liseyinin X sinif şagirdi Əhməd Qəmbərli, Bakı şəhəri, Ankara-məktəb liseyinin XI sinif şagirdi Əli Əliyev bürünc medal qazanıb.

Olimpiadada ümumilikdə 15 ölkədən 700-dən çox məktəbli iştirak edib. Beynəlxalq münsiflər heyəti tərəfindən tərtib edilmiş məsələlər ixtisas siniflərinin proqramına uyğun olub.

Beynəlxalq Jautıkov Olimpiadası 2005-ci ildən Qazaxıstan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Olimpiadanın məqsədi şagirdlər arasında fizika-riyaziyyat elmlərini təbliğ etmək, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək, müxtəlif ölkələrin ixtisaslaşmış məktəbləri arasında dostluq münasibətləri qurmaq, təcrübə mübadiləsi aparmaqdır.

Mənbə: Elm və Təhsil nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Həkimlərin, aparıcıların adından dələduzluq edən şəxs saxlanıldı 

Kəmalə Sultan

Terror əməliyyatı: 5 nəfər saxlanıldı

Teymur Əziz

“Qərb artıq Rusiya ilə Üçüncü Dünya müharibəsində iştirak edir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu