Mayor Tariyel Didarov 1980-ci ildə Xaçmaz rayonunun Bostançı kəndində doğulub. 1995-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. Üç il sonra liseyi müvəffəqiyyətlə başa vuraraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin “Yerüstü artilleriya” kafedrasında təhsil almağa başlayıb. Məktəbdən sonra 2003-cü ildə bir illik zabit ixtisas kursunu da bitirərək Müdafiə Nazirliyinin müxtəlif hərbi birləşmələrində xidmətə başlayıb. Xidmətini əsasən cəbhəyanı ərazilərdə aparan gənc zabit şanlı Aprel döyüşlərində tabor komandirinin müavini kimi yaxından iştirak edib.
Tariyel Didarov Vətən müharibəsinə Füzuli cəbhəsində başlayıb. Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının düşməndən azad olunması uğrunda döyüşüb. Artilleriya kəşfiyyatçısı kimi fəaliyyət göstərən T.Didarov 2020-ci il oktyabrın 26-da Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi uğrunda savaşda tank mərmisinin yaxınlığında partlaması nəticəsində ağır yaralanıb. Komaya düşən döyüşçünü həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olub. T.Didarov ikinci qrup müharibə əlilidir
Tariyel Didarov Vətən müharibəsində göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Hazırda Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin əmri ilə, Vətən müharibəsi iştirakçısı Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışır.
-Ilk olaraq soruşmaq istərdim, Tariyel bəy özünü qalib ölkənin zabiti kimi necə hiss edir?
T.D.-Mən qalib ölkənin qalib zabiti olmaqdan qurur hissi duyuram. Mən 2 qat fəxr hissi keçirirəm. Əvvəlcə ona görə ki, məndə bütün Azərbaycan vətəndaşları kimi qalib ölkənin vətəndaşıyam. 2-ci ona görə ki mən qalib ölkənin qalib zabitiyəm. Mən həm aprel döyüşlərində, həmdə Vətən müharibəsində iştirak etmişəm. ona görə də mən ikiqat fəxr hissi duyuramki, mən qalib ölkənin qalib zabitiyəm.
-Mayor Didarov 2020-ci ildə Silahlı qüvvəldən təxris olub. Vətən münaribəsindən bir neçə gün əvvəl onu yenidən təlimlərə qoşulmağa nə vadar etdi?
T.D.-2020-ci ilin yaz aylarında silahlı qüvvələrdən ehtiyata buraxıldım. Tovuz hadisələrindən, general Polad Həşimovun şəhadətindən hansı ki, Bərdə qanizonunda mənim rəisim olmuşdu. Mayor Anar Novruzovun şəhadəti,onunla yaxın dostluğumuz vardı. Digər zabitimiz Əhmədov Namiq ,birlikdə Ağdamda qulluq etmişdik, bütün bunlar məni çox təsirləndirdi . Dərhal Ali Baş Komandanın çağrışına cavab olaraq hərbi komissarlığa getdim və yenidən ordu sıralarında olmaq istədiyimi söylədim. Avqust ayında Dövlət Səfərbərlik və Hərbi Xidmətə Çağırış Komitəsindən mənə zəng oldu . Sentyabr ayının 20-də rayon hərbi komissarlığına dəvət oldum. Ayın 21- də”N” saylı hərbi hissəyə vəzifə təyinatla göndərildim. Bir həftəlik təlimdən sonra 27 sentyabrda Füzuli istiqamətindən başlayaraq cəbhədə döyüşlərə qatıldım.
-Ictimai siyasi humanitar məsələlər üzrə rayon icra hakimiyyətində baş məsləhətçi vəzifəsində çalişırsınız. Bu barədə nə deyərdiniz?
T.D.- Bir neçə ay öncə Xaçmaz rayon icra hakimiyyəti başçısı Elnur Rzayevin əmriylə ictimai siyasi humanitar məsələlər üzrə rayon icra hakimiyyətində baş məsləhətçi vəzifəsinə təyin olunmuşam. Bilirsiz ki, postmüharubə dövründə istər Mərkəzi icra hakimiyyəti orqanları, istər yerli icra hakimiyyəti orqanları qarşısında əsas prinsip qazilərimiz və şəhid ailələri işlə təmin olunsunlar. Mən bir qazi olaraq Prezident,Ali Baş Komandan Ilham Əliyev cənablarına və rayon icra hakimiyyətinə bu qayğı üçün təşəkkürümü bildirirəm. Qazilərin, şəhid ailələrinin ictimai fəaliyyətdə olması cəmiyyətə örnəkdir. Mən bu vəzifəni bir hərbiçi vəzifəsi kimi qəbul edərək hərbiçi dəqiqliyi ilə yerinə yetirməyə söz vermişəm. Bu həmdə mənim vətəndaşlıq borcumdur. Xalqımız çox çətin zamanlardan keçir. Bizim qələbəmizi istəməyənlərdə var. Ama biz artıq üçüncü dölətlərdən aslı deyilik. Biz tarixin bütün sınaqlarından üzü ağ çıxmışıq.
-Postmüharibə dövründə əsgərlərimiz psixoloji gərginlik və əsəb keçirirlər. Onlar döyüşlərdə ən yaxın yoldaşlarını itirirlər. Müharibə iştirakçılarının psixoloji reabilitasiyası uçun Xaçmaz rayonunda hansi işlər görülür? Fikrimcə, bu işlə yalnız səhiyyə müəssisələri məşğul olmamalıdır. Onlara fərdi yanaşmaq lazımdır.
T.D.-Çox doğru bir məqama toxundunuz. Dünya təcrübəsində də görürük ki,postmüharibə dövründə yaralı əsgərlər psixoloji gərginlik keçirirlər. Bu anlamda xüsusi dövlət proqramları həyata keçrilir. Azərbaycanın hər yerində olduğu kimi Xaçmaz rayonunda da qazilərimizin psixoloji müalicəsiylə həkim-psixoloqlarimız yüksək səviyyədə məşğuldurlar. Mən özümdə hazırda orada müalucə alıram. Bundan əlavə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən Xaçmaz rayonunda Əlillərin Bərpa Mərkəzi yaradılıb. Xəstəxanalara gedə bilməyən qazi və şəhid ailələrinə bu mərkəzdən həkimlər təyin edilir və göndərilir. Qazilər və şəhid ailələri hər yerdə növbədənkənar qəbul edilirlər. Düşünürəm onlara qayğı göstərmək, diqqətdə saxlamaq onların psixoloji müalicəsinə müsbət təsir göstərir.
-Bədənində qəlpələr olsa belə Ali Baş Komandanın əmrinə hazır olduğunu bəyan edən Mayor Didarov ” Çagirişa qədərki hərbi hazirliq” fənni tədris edərkən gənclərə, uşaqlara nələri tövsiyə etmişdir?
T.D.-Hər bir şəhidimiz, qazimiz gənclər üçün bir örnəkdir, qəhrəmanlıq nümunəsidir. Mən əvvəl Xaçmaz rayon Əhmədabad kəndində” Çağırışa qədərki ilk hərbi hazırlıq ” müəllimi işləmişəm. Şagirdlərimə həvəslə hərbin sirlərini öyrədirdim. Bizim vətənimiz elə coğrafi ərazidə yerləşir ki, düşmənlərin gözu hər zaman torpaqlarımızdadır. Bu baxımdan nəinki oğlanlar hətta qızlarda hərbin sirlərini bilməlidirlər. Biz hər zaman müharibəyə hazır olmalıyıq. Biz nə qədər vətənpərvər olsaq düşmən bizdən bir o qədər qorxar. Biz son 44 günlük müharibədə gördük ki, Azərbaycan gənçləri necə vətənpərvər və qururlu gənclərdi. Bizim gənçlər Vətəni canlarından çox istədiklərini dəfələrlə sübut etdilər. Bu gün bizim şagirdlər dərsliklərdə başqa ölkələrin qəhramanlarını deyil, bu gün aramızda olan vəya şəhid olan real Azərbaycan qəhrəmanlıq hekayələrini, tarixini öyrənirlər.