36 C
Baku
20 İyul 2025, 15:02
Baş xəbərMədəniyyət

 “Mənim nağıl kitabım” layihəsi başa çatdı

Bugun.tv xəbər verir ki, “YeniSi” Ədəbiyyat və Mədəniyyət Təzahürləri İctimai Birliyinin “Mənim nağıl kitabım” adlı layihəsi başa çatıb. Layihənin həyata keçirilməsində əsas məqsəd uşaqlar və yeniyetmələr arasında oxu mədəniyyətinin təbliğ edilməsi, mütaliə imkanlarının genişləndirilməsi, kitabın və bilginin uğur qazanmaq üçün ictimai faydasının təşviq edilməsidir. Layihə çərçivəsində Bakı şəhərində yerləşən üç orta məktəbdə uşaqların yaxşı tanıdığı şəxslərin iştirakı ilə görüş və debat keçirilib, şagirdlərə və məktəbin kitabxanasına kitablar hədiyyə edilib.

Layihədə Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, naşir Şahbaz Xuduoğlu və futbolçu Qara Qarayev iştirak edib. Görüşlər şagirdlərin marağına səbəb olub. İştirakçılarla maraqlı debat və müzakirələr aparılıb.

Xatırladaq ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2023-cü ilin kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

ABŞ-ın Ukrayna ilə bağlı bəyanatı DHA Dərc olundu

Aynur Camal

Göy zəlzələlərinin sirri! Nərilti səsi və ya güclü partlayışlar ictimaiyyəti təşvişə saldı

Aynur Camal

İsveç Xarici İşlər Nazirliyi anti-İslam hərəkətini pislədi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu