31 C
Baku
21 İyul 2025, 12:35
Baş xəbərDigər

Mərkəzi Çağırış Komissiyasının növbəti iclası keçirildi

Bugun.tv xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.

Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçirilmiş iclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti və gündəliyə çıxarılan məsələlər müzakirə olunub.

Müddətli həqiqi hərbi xidmətə çağırış prosesinin müasir tələblərə uyğun həyata keçirilməsi, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsinin prioritet məsələ kimi nəzarətdə saxlanıldığı bildirilib. Cari ilin oktyabr ayının 1-dən başlanmış növbəti çağırış prosesinin müvəffəqiyyətlə yekunlaşması məqsədilə zəruri işlərin görüldüyü diqqətə çatdırılıb.

İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinlərinin daxil olduğu Mərkəzi Çağırış Komissiyası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılıb və rayon / şəhər çağırış komissiyalarının fəaliyyətinə nəzarət edir.

Kəmalə Sultan

Oxşar xəbərlər

54 ildə 99 milyondan çox insan həcc ziyarətinə gedib

Kəmalə Sultan

Müəllimlər gününüz mübarək olsun

Bugün TV

“Alfred” siklonu səbəbiylə 428 min 540 adam işıqsız qaldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu