Baş xəbərDünya

Məscidə gedənlərin sayı kəskin azaldı

Bugun.tv xəbər verir ki, İran Ekspertlər Məclisinin nümayəndəsi Ayətullah Cəfər Sübhani İranda 50 min məscidin istifadəsiz qaldığını deyib. Bu barədə “Rəsa” saytı məlumat yayıb.

O, bunu ölkə üçün faciə adlandırıb və bunun həlli, insanların məscidlərə cəlb olunması ilə bağlı əsaslı mədəni fəaliyyətlərin aparılmasına çağırış edib.

Qeyd edək ki, İran hökumətinin hazırladığı qanun layihəsinə əsasən, cari büdcə ilində 43 dini qurum və dini təbliğat mərkəzinə ümumilikdə 7 trilyon tüməndən çox vəsait ayrılıb.

Xatırladaq ki, İranda mollaların hakimiyyətə gəlməsindən bu günədək ölkədə dindar kəsimin sayı kəskin azalıb.

Mənbə: Azad İran

Aynur Camal

Oxşar xəbərlər

Avropa bazarları İran müharibəsinin təsirindən sarsılır

Aynur Camal

ABŞ səfirliyi Riyadda dron hücumuna məruz qalıb

Aynur Camal

Türkiyə regiondakı münaqişə ilə bağlı diplomatik yollara çağırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu