9 C
Baku
26 Dekabr 2024, 21:12
Baş xəbərDünya

Məscidə hücum: 5 nəfər ölüb, çoxlu sayda yaralı var

Sürətli Dəstək Qüvvələrinin (HDK) Sudanın paytaxtı Xartumda məscidə təşkil etdiyi bombardman nəticəsində 5 nəfərin öldüyü bildirilib.

Hücum Xartumun Umdurman rayonunda baş verib.

Ordu ilə qarşıdurmada olan HDK-nın məscidi artilleriya atəşinə tutması nəticəsində 5 nəfərin öldüyü açıqlanıb.

Xartum əyalət hökumətindən verilən açıqlamada, “Üsyançı milislər (HDK) dünən axşam namazı zamanı Umdurmanın Kereri rayonundakı məsciddə ibadət edənləri bombalayıb” ifadəsi işlədilib.

Açıqlamada bombardman nəticəsində 5 mülki vətəndaşın həlak olduğu, aralarında uşaqların da olduğu çox sayda insanın ağır yaralandığı bildirilib.

15 aprel 2023-cü ildən Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında qarşıdurmalar gedir.

BMT-nin məlumatına görə, münaqişə nəticəsində 20 mindən çox insan həyatını itirib.

Münaqişələr səbəbindən ölkəni tərk edənlərin sayı 3 milyonu, ölkə daxilində didərgin düşənlərin sayı isə 11 milyonu ötüb.

Ölkədə 25 milyondan çox insanın humanitar yardıma ehtiyacı var.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Avtobus alov topuna çevrildi! Ölənlər var

Aynur Camal

Avtomobil və motosiklet toqquşdu: 1 nəfər öldü, 3 nəfər yaralandı

Bugün TV

Nazirliyin mətbu orqanları ilə görüş keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu