Image default
Dünya

Məşhur aktyoru oğrular öldürdü!

‘General Hospital’ və ‘Sibir’ seriallarındakı rolları ilə tanınan Conni Vaktor Los-Ancelesdə oğurluğa müdaxilə etmək istəyərkən öldürülüb. ABŞ-ın Los-Anceles şəhərində bir əyləncə məkanından çıxan məşhur aktyor Conni Vaktor dostları ilə gəzərkən avtomobilinin qarşısında bəzi adamlar görüb. Avtomobilinin yedəyə alındığını düşünən oyunçu oradakı insanlarla əlaqə saxlayıb onlarla danışmaq istəsə də, şübhəlilərdən biri silahını çıxararaq atəş açıb.

Səhər saatlarında baş verən hadisədə Vaktor təcili olaraq xəstəxanaya aparılsa da, bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Şübhəlilərin avtomobillə hadisə yerindən qaçdığı bildirilib.

2020-2022-ci illər arasında General Hospitalın 164 seriyasında Brando Corbin obrazını canlandıran Wactor, daha sonra bir çox prodüserlərdə rol alıb. Wactorun ölümündən sonra serialın yayımlandığı ABC kanalı sosial media platformasında açıqlama verib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

BMT Baş katibi: Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır

Aynur Camal

Təlim zamanı döyüş təyyarəsi qəzaya uğradı

Aynur Camal

ABŞ Çinlə danışıqlarda süni intellekt texnologiyalarının oğurlanması məsələsini gündəmə gətirəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu