Amerikanın biznes jurnalı Forbes ABŞ-da öz sərvətlərini qazanan ən varlı qadınları açıqlayıb. Amerika arzusunu reallaşdıran qadınlar bu il də zənginliyi ilə diqqət çəkirlər.
Moda, media, texnologiya və kosmetika kimi müxtəlif sahələrdə öz bizneslərini quraraq zənginləşən qadınlar təkcə maliyyə uğurları ilə deyil, həm də ruhlandırıcı həyat hekayələri ilə seçilir.
ABŞ-da fəaliyyət göstərən “Forbes” biznes jurnalı 2025-ci ilə kimi “Amerikanın öz sərvətlərini qazanmış ən zəngin qadınları”nın siyahısını dərc edib.
Siyahıya öz təşəbbüsləri ilə milyard dollarlıq brendlər yaradan bir çox məşhur adlar daxildir.
KYLIE CENNER
Kylie Cosmetics-in qurucusu Kylie Jenner 670 milyon dollarla siyahıya düşə bilib.
SELENA GOMEZ
Müğənni, aktrisa və sahibkar Selena Qomez bu il ilk dəfə Forbes siyahısına düşüb. Rare Beauty adlı gözəllik brendi olan Qomezin ümumi sərvəti 700 milyon dollardır.
Qomez həm də aktyorluq və müğənnilik karyerasını davam etdirir.
BEYONCE
Aprel ayında Kovboy Karterlə qastrol səfərinə çıxan müğənni 780 milyon dollarlıq sərvətlə siyahıda 6-cı yerdədir.
MADONNA
40 illik musiqi karyerasında bir çox uğurlara imza atan və yeni mahnılar üzərində işləməyə davam edən pop musiqinin ikonik adı 850 milyon dollarla 5-ci yerdədir.
RIHANNA
Üçüncü dəfə ana olmağa hazırlaşan müğənni siyahının vazkeçilməz adlarındandır. SavageX Fenty adlı alt paltarı və Fenty Beauty adlı gözəllik markası olan Rihannanın 1 milyard dollar sərvəti var.
TEYLOR SWIFT
Eras turu ilə 54 şəhərdə 149 konsert verən Taylor Swift-in ümumi sərvəti 1,6 milyard dollardır.
KIM KARDAŞIAN
İkinci yerdə 1,7 milyard dollarla realiti-şou ulduzu Kim Kardaşyan qərarlaşıb. Dəbdəbəli moda markaları ilə işbirliyi ilə tez-tez gündəmdə olan ulduz serial layihələri və geyim markası SKIMS ilə var-dövlətini artırıb.
Mənbə: EnSonHaber