Baş xəbərDünya

Məşq fəlakəti: 15 yaralı… Təsadüfən kəndi bombaladılar

Cənubi Koreya ordusuna aid iki döyüş təyyarəsi təlim zamanı səhvən bir kəndə 8 bomba atıb. 15 nəfərin yaralandığı hadisədə bir çox binaya ziyan dəyib.

Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus iki KF-16 tipli döyüş təyyarəsi səhvən təlim zonasından kənarda yerləşən yaşayış məntəqəsini bombalayıb. Paytaxt Seuldan təxminən 40 kilometr şimalda yerləşən Poçeon bölgəsinə 8 MK-82 bombasının təsadüfən düşdüyü açıqlanıb. Bombalardan birinin evin yanından keçən yola dəyməsi nəticəsində ikisi ağır olmaqla 15 nəfər yaralanıb. Yerli KİV-in məlumatına görə, iki nəfərin boyun və çiyinləri sınıb. Partlayış zamanı avtomobili idarə edən 60 yaşlı şəxsin boynuna qəlpə parçası ilişib.

Mətbuata açıqlama verən rayon sakini bildirib ki, evdə televizora baxarkən “ildırım kimi” partlayış səsi eşidib və evi silkələnib. Kənddəki qocalar mərkəzinin müdiri binanın şüşələrinin sındığını, bir işçinin xəsarətlə xəstəxanaya yerləşdirildiyini, “çox qorxduqları üçün” mərkəzdəki hər kəsi evlərinə göndərdiklərini deyib. Hadisə zamanı kilsə və bir çox evə də ziyan dəyib. Yerli səlahiyyətlilər kəndi qısa müddətə boşaldarkən, axtarışlar zamanı partlamamış bomba tapılmadığı açıqlanıb.

Hərbi Hava Qüvvələrindən verilən açıqlamada, Baş Qərargah rəisinin müavini general-leytenant Park Ki-vanın başçılığı ilə qəzanın səbəblərinin müəyyən edilməsi üçün araşdırmaya başlanıldığı və mülki şəxslərə dəyən zərərə görə üzr istəndiyi qeyd edilib. Ordu, təyyarələrdən birinin pilotunun səhv koordinatlara girdiyi üçün bombaların mülki əraziyə düşdüyünü, digər reaktivin isə niyə bomba atdığı hələ müəyyən edilməyib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

El Nino-nun 2024-cü ildə də təsirli olacağı gözlənilir

Bugün TV

Samsung möcüzəli smartfon hazırlayır: o, papirus kimi açılır

Aynur Camal

İyirmi beş ölkə hazırda BRICS-ə qoşulmağı gözləyir – Cənubi Afrika elçisi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu