21 C
Baku
11 İyun 2025, 3:50
Baş xəbərMədəniyyət

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad etdi

Müasir tariximizə qızıl hərflərlə yazılan və şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin dördüncü ildönümü tamam oldu.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına cavab olaraq əks-hücumla əzəli torpaqlarımızın azadlığı üçün haqq mübarizəsinə başlayıb.

Hərbçilərimizin misilsiz fədakarlığı və şücaəti ilə otuz il düşmən işğalında qalan torpaqlarımız cəmi 44 gündə azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Müharibədə millərlə igidimiz şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, bu müharibədə qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.

Xalqımız hər il Anım Günündə hüzn və qüruru hissi ilə şəhidlərimizin əziz xatirəsini yad edir. İgid oğulların Vətən qarşısında böyük xidmətləri minnətdarlıqla anılır.

Bugun.tv-yə daxil olan məlumata əsasən, bu gün mədəniyyət nazirinin müavinləri, aparat rəhbəri, struktur bölmələrin əməkdaşları, nazirliyin tabeliyində fəaliyyət göstərən aparıcı mədəniyyət müəssisələrinin rəhbərləri, ölkəmizin tanınmış mədəniyyət xadimləri Bakıda inşası davam etdirilən Zəfər parkının girişindəki xatirə daşının önünə gül dəstələri qoyub, qəhrəman Vətən övladlarının ölməz ruhları qarışında ehtiramlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Mənbə: Mədəniyyət Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Dəniz üçün fırtına xəbərdarlığı

Teymur Əziz

Mənzildə baş verən yanğında 1 nəfər öldü

Bugün TV

Windows-un yenidən başlama səsi ABŞ Konqres Kitabxanasının Milli Səsyazma Reyestrinə əlavə edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu