21 C
Baku
15 Mart 2025, 12:31
Baş xəbər

Səbuhi Zamanın “Adamın Dibi” adlı kitabı işıq üzü gördü

Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Səbuhi Zamanın “Adamın Dibi” adlı kitabının təqdimat mərasimi keçirilib.

Bugun.tv xəbər verir ki, təqdimatda ölkəmizin ictimai-siyasi, incəsənət xadimləri, millət vəkilləri, Türkiyə və Azərbaycanın tanınmış iş adamları, ədəbiyyatsevərlər, şairlər, yazıçılar, KİV və QHT nümayəndələri iştirak ediblər.

Tədbir “Ümid yeri” Uşaq Sığınacağına dəstək məqsədilə təşkil olunub.

  Kitabda Səbuhi Zamanın duyğuları, düşüncələri yer alıb. Müəllifin şeirlərində, insanın daxili aləmi, cəmiyyətin sosial və mənəvi həyatı ilə bağlı fəlsəfi fikirlər öz əksini tapıb. “Adamın Dibi”ndə müasir Azərbaycan cəmiyyətinin əxlaqi, mənəvi keyfiyyətləri və insanın daxili mübarizəsi kimi mövzular geniş işıqlandırılıb. Səbuhi Zaman özünün fəlsəfi yanaşmaları və realizm təəssüratı ilə, insanlara düşüncələrini yenidən qurmağa, onlara yeni perspektivlər təqdim etməyə çalışıb. Müəllifin özünəməxsus dil üslubu və dərin mənalı şeirləri hər kəsi fikirləri üzərinə cəmləyə bilir.

Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyinin sədri, bədii qiraətçi, şair Səbuhi Zaman

Rəngarəng poeziya gecəsində müəllif çıxış edərək qonaqlara təşəkkürünü bildirib. O, özünəməxsus ifa tərzi ilə şeirlər səsləndirərək ədəbiyyatsevərləri təsirləndirib.

Millət vəkili Ceyhun Məmmədov

Çıxış edən ziyalılar, millət vəkilləri kitabın əhəmiyyətindən və müəllifin əsərinə qoyduğu mənəvi dəyərdən bəhs ediblər.

Səbuhi Zaman üslubunun orijinallığı və kitabın müasir Azərbaycan ədəbiyyatında tutduğu yer vurğulanıb.

Ədəbiyyatşünaslar isə kitabın dilinin zənginliyinə və fəlsəfi yükünə diqqət çəkiblər. Eyni zamanda təqdimat mərasimində xarici ölkələrdən tanınmış ziyalıların təbrik mesajlarının videoçarxı nümayiş olunub.

"Sinerjipro" şirkətinin prezidenti tanınmış türk iş adamı Ufuk Aydın
“Sinerjipro” şirkətinin prezidenti tanınmış türk iş adamı Ufuk Aydın

Tədbirdə uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstərən “Sinerjipro” şirkətinin prezidenti tanınmış türk iş adamı Ufuk Aydın səhnəyə dəvət alıb. O, Səbuhi Zamanın yaradıcılıq üslubunun orjinallığından danışıb və şeir səsləndirib. Baş sponsor olaraq belə layihələrə dəstək göstərməkdən məmnunluq ifadə edib.

Tədbirdə, həmçinin şairlər, qiraətçilər “Adamın dibi” kitabından şeirlər səsləndiriblər.

Həmçinin tanınmış müğənilərin ifasında lirik mahnılar dinlənilib.

Sonra “Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər” İctimai Birliyinin sədri Səbuhi Zaman kitabın ərsəyə gəlməsi ilə mədəniyyətin inkişafına və təbliğinə dəstək olan ziyalılara, iş adamlarına mükafat təqdim edib.

Sonda tədbir iştirakçıları müəllifin imzalı kitabını əldə ediblər, onunla xatirə fotoları çəkdiriblər.

Mənbə: Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyinin Mətbuat xidməti.

Aynur Camal

Oxşar xəbərlər

Yaşlılar üçün ən faydalı qəlyanaltı

Aynur Camal

İstilik sizi yatmağa qoymayacaq

Aynur Camal

54 işçi qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu