Dünya

Məhəmməd Əsədullazadə: ABŞ İranda kürd silahlı qruplarından istifadə etməyə çalışır

Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya

Bugun.tv-yə daxil olan məlumata görə, siyasi ekspert, Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə öz sosial media hesabında ABŞ-ın İran siyasəti ilə bağlı iddialı fikirlər səsləndirib.

Ekspert bildirib ki, ABŞ İrana qarşı birbaşa quru əməliyyatı keçirmək niyyətində deyil və bu məqsədlə İraqdakı silahlı kürd qruplaşmalarından istifadə etməyə çalışır. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trump Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani və digər siyasi partiya rəhbərləri ilə telefon danışığı aparıb.

M. Əsədullazadə iddia edib ki, həmin danışığın əsas məqsədi silahlı kürd qruplarının İrana müdaxiləsinə nail olmaqdır. O qeyd edib ki, hazırda İran-İraq sərhədində İran silahlı qüvvələri kürd silahlı qruplaşmalarının sərhədi keçməsinin qarşısını alır.

Ekspertin fikrincə, İsrail İran-İraq sərhədini qırıcılarla vurmaqla həmin qrupların keçidinə şərait yaratmağa çalışır. O hesab edir ki, ABŞ və İsrail İranda kürd silahlıları vasitəsilə yeni silahlı qarşıdurma ocağı formalaşdırmağa cəhd göstərir və Vaşinqtonun kürdlərə muxtariyyət vədləri verdiyi istisna olunmur.

Siyasi şərhçi bildirib ki, kürd liderləri Suriyada baş verən proseslərdən nəticə çıxarmalıdır. Onun sözlərinə görə, ABŞ uzun müddət Suriyada YPG-ni silahlandıraraq ondan öz məqsədləri üçün istifadə edib, muxtariyyət vədləri versə də, sonradan dəstəyini dayandırıb və kürd silahlılarını rəsmi Dəməşqlə üz-üzə qoyub.

M. Əsədullazadə vurğulayıb ki, oxşar ssenarinin İranda da təkrarlanması mümkündür və belə halda yenə də uduzan tərəf kürdlər olacaq. O əlavə edib ki, İranda kürd muxtariyyətinin yaradılması regional ölkələr, o cümlədən Türkiyə və Azərbaycan tərəfindən qəbul edilə bilməz.

Ekspert hesab edir ki, regionda baş verən proseslər yeni geosiyasi gərginlik mərhələsinin başlanğıcından xəbər verir.

Aynur Camal

Oxşar xəbərlər

Zaxarova Zelenskinin seçkilərdən imtinasını şərh edib

Aynur Camal

İsrailin müdafiə naziri İrana qarşı əməliyyatın məqsədini açıqlayıb

Aynur Camal

Avropa bazarları İran müharibəsinin təsirindən sarsılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu