4 C
Baku
14 Yanvar 2026, 21:24
Baş xəbərSiyasət

Məhəmməd Əsədullazadə: İranda rejim dəyişikliyi fonunda Bakı Güney Azərbaycana xüsusi diqqət yetirməlidir

Bugun.tv-xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə İranda baş verə biləcək etiraz aksiyaları və mümkün hakimiyyət boşluğu ilə bağlı  sosial media hesabında mühüm açıqlamalar verib.

Onun sözlərinə görə, İranda etiraz hərəkatı genişlənərsə və mərkəzi hakimiyyət zəifləyərsə, rəsmi Bakı prosesləri diqqətlə izləməli və xüsusilə Güney Azərbaycan faktorunu ön planda saxlamalıdır.

Məhəmməd Əsədullazadə bildirib ki, İranda yaşayan 40 milyona yaxın azərbaycanlı soydaşımızın kütləvi şəkildə etiraz aksiyalarına qoşulması real ehtimaldır. Bu halda onların milli, siyasi və mədəni hüquqlarının təmin olunması beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilməlidir:

“Əgər İranda hakimiyyət boşluğu yaranarsa, Azərbaycan dövləti Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi məsələsində prinsipial mövqe ortaya qoymalıdır. Onlara siyasi və diplomatik dəstək verilməlidir”.

Ekspert qeyd edib ki, İranda mövcud dini rejimin gələcəyi sual altındadır. Onun fikrincə, ABŞ və İsrail bu istiqamətdə uzunmüddətli və ciddi strateji planlara malikdir:

“İranda dini rejim gec-tez süqut edəcək. ABŞ və İsrail bu prosesə hazırdır və regionda yeni siyasi konfiqurasiya formalaşdırmaq niyyətindədir”.

Məhəmməd Əsədullazadə eyni zamanda Qərbin regional siyasətinə də toxunaraq bildirib ki, ABŞ və Qərb dövlətlərinin kürd faktoruna üstünlük verməsi ehtimalı istisna edilmir. Bu isə Güney Azərbaycan məsələsində daha çevik və məqsədyönlü siyasətin aparılmasını zəruri edir.

Ekspert vurğulayıb ki, Güney Azərbaycan tarixi və milli baxımdan Azərbaycanın ayrılmaz hissəsidir və bu həqiqət beynəlxalq ictimaiyyətə daha fəal şəkildə çatdırılmalıdır:

“Təbriz, Ərdəbil, Xoy, Urmiya, Mərənd, Həmədan, Sərab, Maku, Xalxal — bunlar tarixi Azərbaycan torpaqlarıdır. Güney Azərbaycanın azadlığı regional sabitlik üçün də vacibdir.”

Siyasi ekspertin fikrincə, İranda baş verəcək mümkün siyasi transformasiya Cənubi Qafqaz və Yaxın Şərq üçün yeni geosiyasi reallıqlar yarada bilər və Azərbaycan bu proseslərə hazırlıqlı şəkildə yanaşmalıdır.

Aynur Camal

Oxşar xəbərlər

8 Martda möhtəşəm duet: Orhan Ölmez və Səbuhi Zaman ilk dəfə eyni səhnədə

Aynur Camal

“Bir millət, iki dövlət” alyansı – 34 il

Aynur Camal

Deputat Ceyhun Məmmədov: Rusiyada yaşayan azərbaycanlıların müharibəyə cəlb edilməsi qəbuledilməzdir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu