Baş xəbərSiyasət

Məhəmməd Əsədullazadə: “İranın ali rəhbəri Rusiyaya yox, Türkiyəyə sığınacaq ala bilər”

Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya

“Siyasi ekspert Məhəmməd Əsədullazadə İranın ali dini rəhbəri Əli Xameneinin mümkün ssenarilər fonunda Rusiyaya deyil, Türkiyəyə üz tuta biləcəyini bildirib”.

Ekspert bu barədə fikirlərini öz sosial media hesabında  paylaşdığı şərhdə qeyd edib.

M. Əsədullazadənin sözlərinə görə, İranda etirazların silahlı münaqişə mərhələsinə keçməsi, eləcə də ABŞ və İsrail tərəfindən mümkün hərbi hücum halında Əli Xamenei üçün əsas alternativ ölkə Türkiyə ola bilər:

“Belə bir vəziyyətdə Ə. Xamenei Rusiyaya deyil, Türkiyəyə gedə bilər. Çünki Rusiya onun üçün İranı satmış bir ölkə kimi qəbul ediləcək”.

Siyasi ekspert bildirib ki, Türkiyə İranın ali rəhbərini qəbul etməyə hazır olan regional gücdür və bu ölkə indiyədək İrana qarşı beynəlxalq sanksiyalara qoşulmayıb:

“Türkiyə İrana hər zaman qonşuluq prinsipləri əsasında yanaşıb. Ankara həm sığınacaq verə, həm də yüksək səviyyədə təhlükəsizlik təmin edə bilər”.

Əsədullazadə vurğulayıb ki, Əli Xameneinin İranı tərk etməsi son hədd hesab olunur və bu addım İran İslam İnqilabının faktiki iflası anlamına gələr:

“SEPAH və digər güc strukturları xarici təhdidlərin qarşısını almağa çalışır. Lakin daxili etirazları körükləyən əsas problemlər kənarda qalır”.

Ekspertin fikrincə, daxili gərginliyin artması fonunda İran rəhbərliyi üçün təhlükəsizlik məsələləri prioritetə çevrilə bilər.

Aynur Camal

Oxşar xəbərlər

Bakıda “Mərhəmət gecəsi” adlı xeyriyyə tədbiri keçiriləcək

Aynur Camal

İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub, sənədlər imzalanıb

Aynur Camal

Deputat gənclərə çağırış etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu