Siyasət

Məhəmməd Əsədullazadə: İsrail Hizbullahı tam sıradan çıxarmağa çalışır

Siyasi ekspert Məhəmməd Əsədullazadə İsrailin Livanda Hizbullaha qarşı başladığı əməliyyatlarla bağlı mövqeyini açıqlayıb.

O, sosial media hesabında paylaşdığı fikirlərdə bildirib ki, İsrail Livan ərazisində Hizbullaha qarşı quru əməliyyatına start verib və məqsəd təşkilatın tamamilə sıradan çıxarılmasıdır.

Ekspertin sözlərinə görə, Livan hökumətinin Hizbullahın ölkə daxilində fəaliyyətini qanunla qadağan etməsi rəsmi Beyrutun da bu silahlı qruplaşmadan qurtulmaq istədiyini göstərir. O qeyd edib ki, İsrail mövcud vəziyyəti Hizbullaha qarşı hərbi əməliyyatlar üçün fürsət kimi dəyərləndirir.

Məhəmməd Əsədullazadə vurğulayıb ki, İranın əsas proksi qüvvəsi hesab olunan Hizbullahın zəiflədilməsi və ya tam sıradan çıxarılması İranın regiondakı təsir imkanlarına ciddi zərbə olacaq. Onun fikrincə, hazırkı mərhələdə İranın Hizbullaha birbaşa və effektiv hərbi dəstək verməsi mümkün görünmür.

Siyasi ekspert əlavə edib ki, Yaxın Şərqdə həm Hizbullahın, həm də Həmasın zəifləməsi İsrailin mövqeyini daha da gücləndirə bilər. O hesab edir ki, bu proses İranın son 30 ildə formalaşdırdığı “müqavimət hərəkatı” strategiyasının iflasa uğraması anlamına gəlir.

Aynur Camal

Oxşar xəbərlər

İranın Azərbaycana qarşı addımları qəbuledilməzdir – Vüqar Bayramov

Aynur Camal

“İran ətrafında proseslər region üçün ciddi risk yarada bilər”

Aynur Camal

“İran üçün geri sayım başladı”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu