14 C
Baku
23 Noyabr 2024, 16:01
Dünya

Məhbus ailələrinin çağırışlarına məhəl qoyulmur

HƏMAS-ın atəşkəs təklifinə cavab verməyən İsrail Qəzzadakı məhbus ailələrinin çağırışlarına məhəl qoymamaqda davam edir.

Məhkumların yaxınları səssiz etiraz aksiyası keçirib.

Qəzza zolağındakı israilli məhbusların qohumları, HƏMAS və İsrail arasında Qahirədə müzakirə edilən atəşkəs və Qəzzada qarşılıqlı məhbus mübadiləsinin imzalanması üçün hökumətlərinin səssiz etiraz aksiyası keçirib.

İsrailli məhbusların yaxınları və onların tərəfdarlarından ibarət təxminən 100 nəfərlik qrup paytaxt Təl-Əvivdə Müdafiə Nazirliyinin binası qarşısında toplaşıb. Nümayişçilər əllərində “İndi razılaşın”, “Qiymət çox baha deyil” və “Bərpa olun” yazılan pankartlar qaldırıblar.

İsraildə bu axşam başlayan Holokost anım tədbirləri səbəbilə etiraz səssizcə keçirilib. Nümayişçilər zaman-zaman Müdafiə Nazirliyinin qarşısındakı Menahem Begin küçəsini nəqliyyatın hərəkətinə bağladılar. Yolda avtomobil növbələri yaranıb.

İsrail polisi ətrafda olsa da, yolu bağlayan nümayişçilərə müdaxilə etməyib. Bir müddət nəqliyyatı bağladıqdan sonra nümayişçilər nəqliyyat vasitələrinin keçməsi üçün yenidən yoldan çıxıblar.

Eyni şəkildə, bir qrup nümayişçi Qəzza zolağında 130-a yaxın israilli məhbusu təmsil etmək üçün Müdafiə Nazirliyinin qarşısındakı yerüstü keçiddə şam yandırıb.

Misir və Qətərin vasitəçiliyi ilə hazırlanan yeni atəşkəs və qarşılıqlı məhbus mübadiləsi sazişi Qahirədə müzakirə olunur. İsrail HƏMAS-ın atəşkəs təklifinə cavab vermədən Qahirəyə nümayəndə heyəti göndərməyəcəyini və müharibəni dayandırmağa razı olmadığını bəyan edir.

İsrailin yüksək vəzifəli şəxsləri, xüsusilə də İsrailin Baş naziri Benyamin Netanyahu beynəlxalq ictimaiyyətin xəbərdarlıqlarına baxmayaraq, Qəzzanın cənubunda ən azı bir dəfə məcburi köçkün edilmiş təxminən 1,5 milyon fələstinlinin yaşadığı Rəfaha qurudan hücum edəcəklərini təkrarlayırlar.

HƏMAS isə imzalanacaq əsir mübadiləsi müqaviləsində Qəzzada müharibəyə son qoyacaq daimi atəşkəsin təmin edilməsini tələb edir.

İsrail hakimiyyətinin məlumatına görə, Qəzza zolağında bəziləri sağ, bəziləri isə ölü olmaqla 130-dan çox israilli məhbus var.

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin Qəzzaya hücumları zamanı öldürülən israilli məhbusların sayının 70-i keçdiyini açıqlayıb. İsrailli məhbusların yaxınları və onların tərəfdarları xəbərdarlıq edir ki, Rəfaha hücum “məhbusların həyatına məhəl qoymamaq deməkdir”.

Oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində 24 mindən çoxu qadın və uşaq olmaqla 34 mindən çox fələstinli həyatını itirib. Qəzza zolağında humanitar fəlakət və dağıntılarla üzləşən İsrail Beynəlxalq Ədalət Məhkəməsində soyqırım ittihamı ilə mühakimə olunur.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Ermənistanda matəm elan ediləcək

Aynur Camal

ABŞ ordusu İraq və Suriyada 85-dən çox hədəfə zərbə endirdi

Aynur Camal

Qarın qalınlığı 2 metrəyə çatdı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu