Anna Wintour və Hollivud ulduzu Meryl Streep birlikdə məşhur Vogue jurnalının üz qabığında yer alıblar.
30 ildən artıqdır jurnalın rəhbəri olan Vintur, aktrisanın The Devil Wears Prada filmində canlandırdığı Miranda Pristli obrazının real həyatda ona tam uyğun olmadığını bildirib. Onun sözlərinə görə, bu obraz daha çox “karikatura” xarakteri daşıyır və həqiqi şəxsiyyətini tam əks etdirmir.
Müsahibə zamanı Vintur, aktrisa tərəfindən canlandırılmasının onun üçün böyük şərəf olduğunu desə də, obrazın “əslindən uzaq” olduğunu vurğulayıb. O, həmçinin yaşın üstünlük olduğunu qeyd edərək, təcrübənin insan həyatında tarazlıq yaratdığını bildirib.
Strip ilə yer dəyişmək ehtimalına isə Vintur zarafatla yanaşıb və özündə aktyorluq, oxuma və ya digər yaradıcılıq qabiliyyətlərinin olmadığını deyib.
Qeyd edək ki, film Lauren Weisberger tərəfindən yazılmış eyniadlı roman əsasında çəkilib və baş rollardan birində Anne Hathaway çıxış edib. Layihənin davamı olan “The Devil Wears Prada 2” filminin yaxın zamanda təqdim olunacağı gözlənilir.
Maraqlı məqamlardan biri də odur ki, yayılan genealogiya məlumatlarına görə, Wintour və Strip uzaq qohum – altıncı dərəcəli əmiuşağı hesab olunur.
Mənbə: The Guardian
