22 C
Baku
23 Oktyabr 2025, 16:46
Digər

Məhluqə Qaramanlı: “Qərbi Azərbaycanla bağlı təbliğat kompanyalarının genişləndirilməsi istiqamətində məqsədyönlü işlər görməyi planlaşdırırıq”

“İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiyaya uyğun fəaliyyətlərimizi qururuq, torpaqlarımıza qayıdışımızı dəstək nümayiş etdiririk”.

Bugun.tv xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Çəmbərək rayon Qadınlar Şurasının üzvlərinin ilk iclası keçirilib. İclası sşuranın sədr Məhluqə Qaramanlı açıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra iclasın gündəliyi ətrafında müzakirələr olub.

“Bizim tarixi yaşayış yerlərinin bir çoxu, mütləq əksəriyyəti indi bomboşdur. Biz bunu bilirik. Biz öz keçmişimizi yaxşı bilirik. Qərbi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadıqları yerləri yaxşı bilir. İndi müxtəlif yollarla bu informasiyanı əldə etmək olar. Azərbaycanlıların yaşadıqları yerlərin əksəriyyətində heç kim yaşamır”.

İclas Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirdiyi fikirlərlə başlayıb.

Sonra gündəmdə duran təşkilati məsələlərdən danışılıb. Proqramın təşkili, daxili iş planı, fəaliyyətlərə məsul şəxslərlə tanışlıq olub. Qərbi Azərbaycan İcmasının Çəmbərək rayon Qadınlar Şurasının tərkibi rayon kənd icmalarının və fəal Qərbi Azərbaycan Çəmbərək rayonu qadınlarının tərkibindən formalaşıb. Şuranın tərkibində alimlərimiz, iş qadınlarımız, dövlət və özəl sektorun nümayəndələri olan fəal, vətənpərvər, vətənlərindən qaçqın düşmüş, ürəkləri vətən həsrətli, bilik, savadları, beynəlxalq müstəvidə tanınan və fəaliyyət göstərən, dil bacarıqları mükəmməl olanlar bir komandada birləşərək Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının müddəlarına uyğun olaraq fəaliyyətlərin icrasında qadın hərəkatının başlanmasını təklif etdilər. Prezident İlham Əliyevin çıxışından statlar gətirildi; “Qərbi Azərbaycandan Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib”, – fikirləri gündəmə gətirilərək müzakirələrə səbəb olub.

Məhluqə Qaramanlı Bugun.tv-yə açıqlamasında bildirib ki, Qərbi Azərbaycan İcmasının Çəmbərək rayon Qadınlar Şurasının fəal, potensial imkanları güclü qadınları ilə Qərbi Azərbaycan bağlı, təbliğat kompanyalarının genişləndirilməsi istiqamətində geniş auditoriya qazanmağa nail olacaqlar. “Qadınlarımızın söz demə imkanları, istedadları, dil üstünlüklər, KİV-lə iş bacarıqları önə çəkiləcək. Oğuz Türklərinin bu xatunları dövlətimizə dəstəyini hər zaman göstərmək iqtidarındadır. Allah dövlətimizi, millətimizi qorusun!”, – deyə M.Qaramanlı bildirib.

Sonra Qərbi Azərbaycan İcmasının Çəmbərək rayon Qadınlar Şurasının tərkibi elan edilib:

Çəmbərək rayon Qadınlar Şurasının  sədri Yanıqpəyə kənd (dəyişdirilmiş adı Meşəkənd) sakini Məhluqə Rəhimova (Qaramanlı) Gülməmməd qızı

Çəmbərək rayon Qadınlar Şurası müavinı- Qaraqaya kənd sakini, Validə Ağamalıyeva Şirin qızı

Şorca kənd İcması  Qadınlar Şurasının sədri – Dilarə Qasımova Ələkbər qızı

Cil  kənd İcmasının Qadınlar Şurasının sədri –  Fazilə Hüseyinli Yəhya qızı

Ardanış kənd İcması Qadınlar Şurasının sədri   Mahirə Qurbanova Şükür qızı

Toğulca kənd İcması Qadınlar Şurasının sədri – Həqiqət Haciveya Aslan qızı

Ağbulaq kənd İcması Qadınlar Şurasının sədri  Tahirə Əliyeva Xaliq qızı

Gölkənd  kənd İcması  Qadınlar Şurasının sədri – Ülviyyə Hacıyeva Vəli qızı

Çaykənd  kənd İcmasının Qadınlar Şurasının sədri – Rəbiyyə Məmmədova Stanbul qızı

Cıbıxlı kənd İcmasının Qadınlar Şurasının sədri – Sahibə Qocayeva Müslüm qızı

Əmirxeyir kənd İcması  Qadınlar Şurasının sədri -Qüdrət Əliyeva Məşədi qızı

Qaraqaya kənd İcması  Qadınlar Şurasının sədri- Tamella Əhmədova Əhməd qızı

Yanılqpəyə kənd İcması  Qadınlar Şurasının sədri – Rəfiyyə Sərdərova Ziya qızı

Ğölkənd kənd sakini-  Alıyeva Fərqanə Mustafa qızı – könüllü fəall qadın

Gölkənd kənd sakini, Günay Mustafayeva Oruc qızı- Şəhid KOMUTAN Nurlan Mustafayevin həyat yoldaşı II-Qarabağ Müharibəsi

Gölkənd Elza Süleymanova-Şəhid Rizvan Pirnəzərovun həyat yoldaşı I-Qarabağ Müharibəsi

Gölkənd kənd sakini- Tibb İnsititutu Nezaket Kerimli,  könüllü

Gölkənd kənd sakini- Ellada Qocayeva Qadir qızı, könüllü

Şorca kənd sakini Bayramova Tamella Qəmbər qızı, könüllü

Şorca kənd sakini Zeynalova Səkinə Hüseyin qızı, könüllü

Şorca kənd sakini Abdullayeva Xəyalə,  könüllü

Daha sonra belə tədbirlərin mütəmadi olaraq keçirilməsinin önəmi diqqətə çatdırılıb. Qadınlar şurasının üzvlərinə fəaliyətlərində uğurlar dilənilib.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Narkotik çəkib, avtobus sürdü – VİDEO

Teymur Əziz

Sürətli gəzmək yüksəktəzyiqli insanlarda ürək-damar xəstəlikləri riskini azaldır

İntizar Əmirova

Alper Gezeravcı və komanda yoldaşları Beynəlxalq Kosmik Stansiyaya köçdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu