Səudiyyə Ərəbistanının Məkkə şəhərində güclü yağışlardan sonra daşqın baş verib. Bir çox ərazilər su altında qalıb, bir çox tikililərə ziyan dəyib.
Müsəlmanlar üçün müqəddəs sayılan və dünyanın mənəvi mərkəzlərindən biri sayılan Məkkə böyük təbii fəlakətlə üz-üzədir.
Yanvarın 7-si çərşənbə axşamı yağan güclü yağış Məkkədə həyatı iflic edib.
Sonrakı saatlarda yağan yağışın artması ilə şəhəri su basıb.
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA, şiddətli yağışın Məkkədə təsirli olduğunu və bəzi bölgələrdəki sel sularının şəhərdə daşqınlara səbəb olduğunu bildirib.
Güclü yağışlar təkcə Məkkəyə deyil, Mədinə və Ciddə kimi digər müqəddəs şəhərlərə də təsir edib.
Küçələr çaya çevrildiyindən maşınları sel suları aparıb və demək olar ki, tamamilə su altında qalıb.
Yerli əhali təhlükəsiz ərazilərə sığınmağa çalışır və ya təxliyə edilir.
Səudiyyə Ərəbistanının Meteorologiya İdarəsi Məkkə, Mədinə və Ciddə liman şəhəri üçün qırmızı təhlükə elan edib.
Meteoroloqlar yağışların yanvarın 10-dək davam edəcəyi ilə bağlı xəbərdarlıq edirlər.
Həmçinin bildirilib ki, Ciddə hava limanında reyslər gecikib və sərnişinlər səyahət etməzdən əvvəl uçuş statuslarını yoxlamalıdırlar.
Mənbə: EnSonHaber