24 C
Baku
12 Oktyabr 2025, 13:28
Dünya

Məktəb binası uçdu: Onlarla şagird dağıntılar altında qaldı

Şərqi Yava əyalətində təmir işləri aparılan internat binasının uçması nəticəsində ilkin məlumatlara görə bir şagird ölüb, 102 nəfər yaralanıb.

İndoneziyanın Şərqi Yava ştatında təmirdə olan internat məktəbi binası uçub. İlkin məlumatlara görə, bir tələbə ölüb, 102 nəfər yaralanıb.

Polis və axtarış-xilasetmə qruplarının verdiyi məlumata görə, Şərqi Yavanın Sidoarjo şəhərində baş verən çökmə nəticəsində əksəriyyəti 12-17 yaşlarında olan ən azı 65 şagird dağıntılar altında qalıb. Binanın yenidən çökmə riski xilasetmə işlərini çətinləşdirir.

Axtarış-xilasetmə əməliyyatına rəhbərlik edən Nananq Sigit, səylərə yüzlərlə şəxsi heyətin qatıldığını və dağıntılar altında qalan tələbələrə su və oksigen verdiyini bildirib. Sigit, qrupların bəzi cəsədləri çıxardığını, lakin prioritetin sağ olanları xilas etmək olduğunu vurğulayıb.

Hadisədən sonra təmir işlərinin “icazəsiz” aparıldığı iddia edilib. Uçulmanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

İnternetdə məşhurlarla fotoşəkillər üçün bir tendensiya yayıldı – biz promt yazırıq

Aynur Camal

Seçkilərinin ilk nəticələri bəlli oldu

Aynur Camal

Berlində Ukrayna bayrağının asılmasına icazə verildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu