12 C
Baku
11 Aprel 2026, 0:20
Dünya

Məktəb çökdü: 16 şagird həyatını itirdi

Nigeriyanın Plato əyalətində imtahan zamanı məktəbin uçması nəticəsində 16 nəfər həyatını itirib.

Nigeriyada imtahan zamanı məktəbin uçması nəticəsində 16 şagird ölüb.

Nigeriyada məktəb imtahan zamanı uçub. Plateau əyalətinin Jos North rayonunda 16 şagird məktəbin dağıntıları altında ölüb. Fövqəladə Halların İdarə Edilməsi Milli Agentliyinin (FHN) verdiyi açıqlamada ikimərtəbəli məktəbin səhər saatlarında uçduğu, “Hazırda Fövqəladə Hallar Nazirliyinin və digər təşkilatların axtarış-xilasetmə işləri aparıldığı” təsdiqlənib.

Dağılmanın səbəbləri ilə bağlı hələlik heç bir açıqlama verilməsə də, rayon sakinləri hadisənin ştatda 3 gün davam edən güclü yağışdan sonra baş verdiyini bildiriblər.

Afrikanın ən sıx məskunlaşdığı ölkə olan Nigeriyada ciddi tikinti standartlarının olmaması, keyfiyyətsiz materiallardan istifadə və səhlənkarlıq ucbatından binaların çökməsi olduqca yaygındır.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu