22 C
Baku
3 İyun 2025, 13:17
Sosial

Məktəb direktoru: “Barəmdə yazılanlar böhtandır”! – TƏKZİB

“Bakunews.az“ xəbər portalında 22.05.2025-ci il tarixində yayımlanan “Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor” sərlövhəli məqalədə qeyd edilən məktəb-liseyin guya “bir qrup müəllimi” tərəfindən rəhbərlik haqqında səsləndirilən iddialarla bağlı məlumat əsassız və həqiqətə uyğun olmaması səbəbindən bir qrup xəbər portalarından dərhal silinməsi təmin edilib.

Qeyd olunan materialda təqdim olunan iddialar – məktəb rəhbərliyinin guya “özbaşınalıqları”, “təzyiqləri” və ya “qanunsuz fəaliyyəti” ilə bağlı bildirilənlər heç bir hüquqi və faktiki əsas daşımır. Bu cür informasiyalar dezinformasiya xarakteri daşıyır və təhsil müəssisəsinin nüfuzuna ciddi zərər vurmağa yönəlmiş məqsədli olan şəxsin təxəyülündən ibarətdir.

Bildirmək istəyirik ki, məktəb-liseyin pedaqoji kollektivi arasında qarşılıqlı hörmət, şəffaflıq və peşəkarlıq prinsipləri əsas götürülür. İdarəetmədə bütün qərarlar Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq qanunvericiliyinə uyğun olaraq qəbul edilir.

Həmçinin, xəbərdə istinad edilən “bir qrup müəllim” ifadəsi qeyri-müəyyəndir və heç bir konkret fakt, ad və sübutla əsaslandırılmayıb. Bu isə yayılan məlumatın qərəzli olmasından xəbər verir. Xəbər portalına məlumatı verən şəxsin məktəb rəhbərinə qarşı şəxsi aqresiyasının olması bu minvalla media resurslarını öz məqsədinə alət etdiyi aparılan araşdırmamızda məlum olub. Məhs bu cür insanların qərəzli verdiyi məlumarın bir daha araşdırmadan dərc edilməməsi üçün müvafiq tədbirlərin media resurslarında tətbiq edilməsi zəruridir. Odur ki, saytımızda dərc edilən məqalənin həiqətləri əks etdirmədiyi və bu səbəbdən məktəb rəhbərliyinin işgüzqr nüfuzuna vurulmuş zərərə görə üzr istəyirik.

Mənbə: Bakunews.az

Bugün TV

Oxşar xəbərlər

Xəstələri çaşbaş salan analiz cavablarına görə kim məsuliyyət daşıyır?

Bugün TV

Fevralın 21-də gözlənilən hava şəraiti

Aynur Camal

İkinci Dünya müharibəsində iştirak edənlərə maddi yardım ayrıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu