12 C
Baku
14 Mart 2025, 19:25
Baş xəbərDünya

Məktəbdə 66 dinozavr ayaq izi aşkar edilib

Avstraliyada bir məktəbdə bir qaya parçasının üzərində 66 fosilləşmiş dinozavr ayaq izi aşkar edilib. Avstraliyanın Kvinslend şəhərində bir məktəbdə illərdir diqqətdən kənarda qalan qaya parçasının üzərində 66 fosilləşmiş dinozavr ayaq izləri aşkar edilib. Kvinslend ştatının Banana kənd şəhərindəki məktəb girişində üç barmaqlı ayaq izləri olan qayanı araşdırmaq üçün paleontoloq Entoni Romilio ilə əlaqə saxlayıb. Təhlillər nəticəsində məlum olub ki, qayada təxminən 200 milyon il əvvəl erkən Yura dövrünə aid onlarla dinozavr ayaq izləri var.

Kvinslend Universitetindən Romilio, tapıntının Avstraliyada indiyə qədər sənədləşdirilmiş dinozavr ayaq izlərinin ən sıx kolleksiyalarından biri olduğunu qeyd edin və deyib: “Bu fosil dinozavrların sayı, hərəkətləri və davranışlarının unikal görüntüsünü təqdim edir. O dövrə aid fosilləşmiş dinozavr sümüklərinin olmadığını nəzərə alsaq, bu tapıntı daha da əhəmiyyətli olur”.

Sözügedən qaya parçası 2002-ci ildə kömür mədənçiləri tərəfindən tapılıb. Üzərindəki qeyri-adi izləri görən mədənçilər bu fosili Kvinslend ştatının Biloela şəhərindəki məktəbə hədiyyə ediblər. Qaya məktəbin giriş hissəsində sərgilənsə də, onun əsl dəyəri başa düşülməyib. Romilio, araşdırma prosesi zamanı məktəbdəki bəzi müəllimlərin bu qayanın sadəcə bir replika olduğunu düşündüyünü və “Hər kəs bunun dinozavr izi olduğunu bilirdi, lakin bir tədqiqatçının görə biləcəyi detalları fərq etmədilər” deyə bildirib.

Araşdırmalar nəticəsində təxminən bir kvadratmetrlik qaya parçasının üzərində 66 ayrı dinozavr ayaq izi tapılıb. Romilio, izlərin Anomoepus scambus adlı kiçik, boylu, ikiayaqlı ot yeyən dinozavrlara aid olduğunu söylədi. Romilionun bölgədə apardığı araşdırmalar dinozavr qalıqlarının təkcə məktəbdə deyil, ətraf ərazilərdə də tapıldığını göstərib. Kömür mədəninin dayanacağının girişində dayanan iki tonluq daş üzərində dinozavr izi də aşkar edilib.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Paytaxtda dəhşətli qəza baş verdi

Aynur Camal

Moskvada iki PUA vuruldu! Hava limanı qısa müddətə bağlandı

Teymur Əziz

Şuşada Qlobal Media Forumunun açılış mərasimi keçirildi 

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu