27 C
Baku
10 İyun 2025, 9:44
Baş xəbər

Məktəbli ekskursiyalarının təşkili ilə bağlı tövsiyə

Baş Dövlət Yol Polisi İdarəsindən Bugun.tv – yə verilən məlumata görə, tədris ilinin sonunda məktəblilərin ekskursiyalara, istirahət zonalarına aparılması hallarının sayı artmaqdadır.

Lakin, təəssüf ki, belə səfərlər adətən qeyri-müntəzəm sərnişin daşıma fəaliyyəti göstərən və ya təsadüfi şəxslərlə şifahi sövdələşmə əsasında həyata keçirilir. Bu zaman nəqliyyat vasitəsinin texniki sazlığı, sürücünün peşəkarlıq və sağlamlıq vəziyyəti, avtomobil idarə etmək hüququnun olub-olmaması, ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmuş bir sıra tələblər nəzərə alınmır.

Qeyd olunan səbəblərdən baş verə biləcək xoşagəlməz halların qarşısının alınması üçün təhsil müəssisələrinin rəhbərliyinə, həmçinin azyaşlıların ekskursiyasını fərdi qaydada təşkil edən şəxslərə belə səfərləri yalnız ixtisaslaşmış qurumlar vasitəsilə həyata keşirmək tövsiyə olunur.

Eyni zamanda, avtobus və mikroavtobus sahiblərinin və sürücülərinin nəzərinə çatdırılır! Respublikanın avtomobil yollarında ayrı-ayrı şəxslərin təşəbbüsü ilə uşaq qruplarının qanunvericiliyin tələbləri pozulmaqla daşınması halları aşkar olunduqda həmin nəqliyyat vasitələrinin hərəkəti qadağan edilməklə sürücüləri inzibati məsuliyyətə cəlb ediləcəkdir.

Ümidvarıq ki, valideynlər də tövsiyələri nəzərə alaraq, səyahətlər zamanı övladlarının təhlükəsizliyinə daha çox diqqətli olacaqlar.

Kəmalə Sultan

Oxşar xəbərlər

Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı oldu

Aynur Camal

Mahsa Eminin atası Emced Eminiyə qarşı sui-qəsdin qarşısı alınıb

Teymur Əziz

NASA itən “Voyacer-2” kosmik gəmisindən siqnal aldı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu